Page 83 - Islamic Studies 03
P. 83
82) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Pavel( Puls)
İsa Məsihin gətirdiyi yeni ehkamın Avropada yayılmasının
əsas səbəbkarı Paul hesab olunur. Məhz Paulun cəfnəşanlığı
və səyi nəticəsində xristianlıq yeni dini- nəzəri fikir olaraq
Avropaya ayaq açdı. Xristian tarix yazarları Paulu ( Pavlus)
kobud, inadkar, təəssübkeş bir adam kimi tanıdırlar. Lakin
nəql olunan bir rəvayətə görə o, etiqad etdiyi dinindən dönmüş
və xristianlığı qəbul etmişdir. Və bundan sonra bütün həyatını
bu dinə bağlayaraq ömrünün sonuna qədər onun təbliği və
yayılması üçün çaba göstərərək bir əzab- əziyyətlərə
qatlanmışdır.Bu barədə o, korinflilərə ikinci məktubunda bəhs
edir. (Bu mətn İncilin “Paulun korinflilərə ikinci məktubu”,
11:22-33 hissəsində təsadüf edir.)
Tədqiqatçı Hüseyn Tofiqi yazır: “ Paulun nəzərinə görə, Allah-
taala İsanı(ə.) ölülər arasından dirçəltmiş və bununla da, nicat
tapmaq üçün yeni bir dövrün səhifəsini açmışdır. Buna görə də
xristianların bundan sonra yəhudilik şəriətinə itaət etmək kimi
bir vəzifəsi yoxdur.
Bundan sonra elçilərin təbliği və müjdəsi sayəsində Roma
İmperiyasının bütün bölgələrində yaşayan bütpərəstlərin
xristian dinini qəbul etmə prosesi gücləndi və xristian
kilsəsində xristian dinini qəbul etmiş qeyri- yəhidi insanların
sayı çoxluq təşkil etdi. Bundan əlavə, Roma İmperiyasının
Suriyadan Misirə qədər şəhərlərində, daha sonra isə Anadolu,
Yunanıstan və sonda İtaliyada inanclı insanlardan ibarət olan
kiçik toplumlar meydana gəldi.”
1
Hüseyn Tofiqi, “ Böyük dinlərlə tanışlıq”, səh18 1