Page 82 - Islamic Studies 03
P. 82

Xristianlıq təlimi və Qərb dünyagörüşündə dini …/ (81



                  Qayıdış
               Dr.  Mahmudi  yazır:  “  Məsihilərin  inancına  görə,  həzrət

               Adəmin mürtəkib olduğu xəta və bunun nəticəsində behiştdən
               qovulması,  əvvəla,  Adəm  övladının  Allahdan  uzaqlaşmasına
               səbəb  oldu,  ikincisi  də  günüh  və  xətalar  irsi  yolla  sonrakı

               nəsillərə  ötürüldü  və  nəticədə  bəşər  nəslində  günahın
               bünövrəsi qoyuldu; insanlar günah işlər görməyə başladılar.”
                                                                                     1
               İncildə  yazılır:  “  Amma  Allah  bizə  olan  məhəbbətini  tam
               mənada  sübut  etmişdir,  çünki  biz  hələ  günahkar  olduğumuz

               vaxtda  Məsih  bizim  xatirimizə  öldü.  Onun  qanının
               tökülməsinə görə biz tam mənada yaxşı adamlar sayılacağıq və
               buna  görə  də  onun  vasitəsilə  Allahın  qəzəbindən  uzaq

               olacağıq. Biz Allahla düşmən olduğumuz vaxt O, Öz oğlunun
               ölümü  ilə  bizim düşmənçiliyimizi  dostluğa  çevirdi.”      2  Yahya
               öz İnclində İsanın ölümü barəsində olan ixtiyarının öz əlində

               olduğunu  qeyd  edir:  “  Mən  canımı  qurban  verirəm  ki, sonra
               onu geri alim. Canımı məndən heç kəs ala bilməz, amma onu
               öz ixtiyarımla verirəm. Onu verməyə də, sonra geri almağa da

               ixtiyarım var. Bu əmri Atamdan almışam.”
                                                               3







                                                                     Eyni Mənbə, səh 262 1
                                     Eyni mənbə, ( İncil səh 263,Rumlular 5- ci fəsil, ayə 8-10) 2
                                                        Əzəm Pərçəm,səh 186 ( yəhya 10 ) 3
   77   78   79   80   81   82   83   84   85   86   87