Page 106 - Islamic Studies 04
P. 106

Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (105


                 Allah  Quranın  bir  çox  ayələrində  Musa  (ə)  və  İsrail
               olğullarına aid əhvalatı geniş şəkildə açıqlayıb. Aşağıda həmin
               ayələrdən bəzisini gətirəcəyik.
                 Şübhəsiz ki, Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx!
               (Fironun  sizə)  yetişməsindən  qorxmadan  və  əndişəyə
               düşmədən  onlar  üçün  dənizdə  quru  bir  yol  aç!”  -  deyə  vəhy
               etdik. (Bu ilahi əmrdən sonra Həzrət. Musa qövmü ilə birlikdə
               gecə yola çıxmış, Firon da bundan xəbər tutmuşdu.) Buna görə
               də  Firon  ordusu  ilə  onları  təqib  etdi.  Beləcə,  dəniz  onları
               büsbütün suya qərq etdi. Firon öz qövmünü azdırdı və doğru
                                   1
               yola yönəltmədi.
                 İsrail  oğullarını  dənizdən  keçirtdik.  Firon  və  əsgərləri
               zalımcasına və  düşməncəsinə onları  izlədilər. Nəhayət, Firon
               boğularkən  dedi:  “Mən  İsrail  oğullarının  inandığı  ilahdan
               başqa  bir  ilah  olmadığına  iman  gətirdim.  Mən  də
                                         2
               müsəlmanlardanam!”.
                 Dənizi (yarıb keçdikdən sonra) açıq qoy! Şübhəsiz ki, onlar
               suda  boğulacaq  bir  ordudur”.  (Bundan  sonra  Həzrət  Musa
               əsasını  dənizə  vurmuş  və  dəniz  yarılmışdı.  Musa  peyğəmbər
               və  qövmü  dənizi  keçdikdən  sonra  onların  arxasınca  gələn
               Firon və ordusu suda boğularaq məhv olmuşdu).
                                                                      3
                 Ayələri oxuyanda, Musa (ə) peyğəmbər və İsrail oğullarının
               Fironun zülmündən necə xilas olduqları məlum olur. Həmçinin
               ayələrdə  dənizin  ikiyə  ayrılması  barədə  də  danışılır.  Dənizin
               ikiyə ayrılması həm Musa (ə) peyğəmbərin dövründə, həmdə
               hal-hazırdakı dövrdə misli görünməmiş möcüzələrdəndir.



                                                                               Ta - ha, 77 - 79. 1
                                                                                  Yunus,90. 2
                                                                                 Duxan, 24. 3
   101   102   103   104   105   106   107   108   109   110   111