Page 133 - Islamic Studies 04
P. 133

132) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

                 Məsələn,  13-15  km  hündürlüyündə  yerləşən  troposfer  Yer
               səthindən  qalxan  su  buxarının  suya  çevrilməsini  və  onun
               yağıntı şəklində Yerə qayıtmasını təmin edir.
                 25 km  hündürlüyündə  yerləşən ozonosfer  kosmosdan  gələn
               ultrabənövşəyi şüaları əks etdirir, şüa yerə çatmamış kosmosa
               qayıdır.
                 İonosfer  isə  Yerdən  ötürülən  radiodalğaları  peyk  kimi  əks

               etdirir  və  bununla  məftilsiz  əlaqəni,  qəbul  etməni,  radio  və
               telesiqnalların böyük məsafələrə ötürülməsini təmin edir.
                 Maqnitosferə gəlincə isə o, Günəşdən və başqa ulduzlardan
               gələn  zərərli  radioaktiv  zərrəciklərin  Yerə  çatmasına  icazə
               verməyərək onları əks istiqamətə döndərir.

               Atmosferin qatları
                 Kainat  haqda  məlumatların  yer  aldığı  Quran  ayələrində
               xüsusən göy qübbəsinin yeddi qatının olmasından danışılır.
                 Yer  üzündə  nə  varsa,  hamısını  sizin  üçün  yaradan,  sonra
               səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama
                                                    1
               salan Odur. O, hər şeyi biləndir!
                 Digər  bir  ayədə  isə  Allah  belə  buyurur:  Sonra  Allah  tüstü
               halında olan göyə üz tutdu… Beləliklə, iki gün ərzində göylər
                                                                                   2
               xəlq edildi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi…
                 Quranda “Göy” sözündən həm bütün kainatı, həm də planetin
               göyünü  ifadə  etmək  üçün  istifadə  edilir.  Bu  sözün  ikinci
               mənasına  nəzər  yetirsək,  “Yerin  göyü”  alınır,  yəni  atmosfer
               yeddi qatdan ibarətdir.
                 Bu  gün  isə  məlumdur  ki,  Yer  atmosferinin  bir-birinin
               üzərində  yerləşən  bir  neçə  müxtəlif  qatı  var.  Bun-dan  əlavə,

               Quranda  da  qeyd  edildiyi  kimi,  göy  yeddi  əsas  qatdan
               ibarətdir…

                                                                          Bəqərə surəsi, 29 . 1
                                                                      Fussilət surəsi, 11 - 12 . 2
   128   129   130   131   132   133   134   135   136   137   138