Page 132 - Islamic Studies 04
P. 132
Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (131
kompasın əqrəbləri şkala həddini aşdılar. 250 km hündürlükdə
hərarətin 2500 dərəcə S-yə qədər sıçrayışı baş verdi.
Başqa sözlə, Yerin üzərində onun xarici təhlükələrdən
qorunmasını təmin edən, hər tərəfdən onu bürüyən mükəmməl
sistem var. Yerin səmasının bu cür qoruyucu funksiyasının
mövcud olması haqda bizə Quranda əsrlərlə bundan əvvəl
xəbər verilib.
Geriyə qaytaran göylər
Quranın “Tariq” surəsinin 11-ci ayəsində göyün qaytarmaq
xüsusiyyətindən danışaraq, belə buyurur:
1
“Dönüşlü olan göyə and olsun”.
Maraqlıdır ki, göyün adı Quranda çəkilən bu xüsusiyyəti
Quran nazil olduqdan neçə yüz illər sonra elmi yolla müəyyən
edilmişdir.
Məlum olduğu kimi, Yeri əhatə edən atmosfer çoxlu
qatlardan ibarətdir. Hər qatın həyatın tələbi nöqteyi-nəzərindən
öz vacib funksiyası var. Tədqiqatlar zamanı aydın olduğu
kimi, hər bir qat ona çatan cismi və ya şüanı dayandırır və
onları ya kosmosa, ya də Yerin səthinə doğru istiqamətləndirir.
1- Müəyyən mərkəzdən ötürülmüş radiodalğanı Yer səthinə
əks etdirən ionosfer qatı uzaq məsafələrdən radio və
televerilişlər ötürülməsini təmin edir.
2- Ultrabənövşəyi şüalara bənzər zərərli kosmik şüalanmaları
geriyə, kosmosa əks etdirən ozonosfer qatı bu şüaların yer
səthinə çatmasına və həyata zərər yetirməsinə imkan vermir.
3- Troposfer qatı okeanların üzərindən buxarlanan suyu
kondensasiya edir və onu yerə yağış şəklində göndərir.
Tariq surəsi, 11. 1