Page 134 - Islamic Studies 04
P. 134
Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (133
Elmi mənbələrin birində bu məsələ belə işıqlandırılır:
“Alimlər aşkar ediblər ki, atmosfer bir neçə qatdan ibarətdir.
Qatlar bir-birindən əmələ gəldikləri qazların tərkibinə və
onlarda olan təzyiq kimi fiziki xarakteristikalara görə
fərqlənirlər… Yerə ən yaxın olan atmosfer təbəqəsi
TROPOSFERDİR. Troposfer atmosferin ümumi kütləsinin 90
faizini təşkil edir. Troposferdən yuxarıda yerləşən təbəqə
STRATOSFERDİR. Stratosferin içində olan və ultrabənövşəyi
şüaları udan qat OZONOSFER adlanır. Stratosferin üstündə
MEZOSFER, onun üzərində isə TERMOSFER qatları yerləşir.
Termosferdəki ionlaşmış qazlar İONOSFERİ əmələ gətirir.
Yer atmosferinin ən uzaq xarici qatı isə Yer səviyyəsindən 450
1
km-dən 960 km hündürlüyə qədər uzanan EKZOSFERDİR”.
Atmosfer öz aralarında onları əmələ gətirən qazların tərkibi
və ya bu qatlardakı mövcud təzyiq kimi fiziki xüsusiyyətlərinə
görə bir-birindən fərqlənən yeddi qatdan ibarətdir. Bu qatların
hər birinin Yerdə həyatın qorunması üçün vacib funksiyaları
var.
Bu gün məlumdur ki, Yerin atmosferinin bir-biri üzərində
yerləşmiş bir neçə qatı var. Bundan əlavə, Qu-randa da qeyd
edildiyi kimi, atmosfer yeddi əsas qatdan ibarətdir.
Əgər biz adıçəkilən qatları saysaq, Quranda da qeyd edildiyi
kimi, atmosferin yeddi qatdan ibarət olduğunu görərik:
TROPOSFER
STRATOSFER
OZONOSFER
MEZOSFER
1 theQuranleadsthewaytoscienceaz.wordpress.com