Page 131 - Islamic Studies 04
P. 131

130) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               buraxdığı ultrabənövşəyi şüalar bitkilərdə fotosintez prosesi və
               beləliklə,  Yer  üzündə  hər  cür  həyatın  qorunması  üçün  çox
               vacib  rol  oynayırlar.  Günəşin  buraxdığı  cod  ultrabənövşəyi
               şüanın böyük hissəsi atmosferin ozon qatında ləngiyir və Yer
               səthinə onun yalnız həyat üçün vacib olan miqdarı çatır.
                 Meteoritlər  bizim  dünya  üçün  böyük  təhlükə  ola  bilərdilər.
               Ancaq  Allah  bizim  planeti  qoruyan  və  dam  rolunu  oynayan

               mükəmməl atmosfer yaratdı.
                 Atmosferin  qoruyucu  funksiyası  bununla  kifayətlənmir.  O,
               Yeri  orta  hərarəti  mənfi  270  dərəcə  S  təşkil  edən  kosmik
               soyuğun buzundan qoruyur.
                 Yeri kosmosun zərərli təsirlərindən yalnız atmosfer qorumur.
               Onunla yanaşı, bizim planetə çatan zərərli şüalara qarşı sipər
               rolunu həmçinin “Van Allen qurşağı” adlanan və Yerin maqnit
               sahəsinin  mənbəyi  olan  qalxan  rolunu  oynayır. Günəşdən  və
               başqa  ulduzlardan  daima  çıxan  şüa  insanlar  üçün  ölümcül
               dərəcədə  qorxuludur.  Günəşdə  baş  verən  və  “parlama”
               adlandırılan  enerji  partlayışları  da  xüsusi  əhəmiyyət  daşıyır.
               Onlar elə güclüdürlər ki, “Van Allen qurşağı” olmasaydı, Yer
               üzündəki bütün canlıları məhv edərdilər.
                 1)Yerin                                                       nüvəsi
               2) və 3) Yeri       əhatə      edən       iki     maqnit       qurşağı
               4) Bizim  Yeri  əhatə  edən  “Van  Allen  qurşaqları”  spiralvarı
               orbitlərlə  fırlanan  elektronlara  və  protonlara  doldurulmuş
               hissəciklər yerləşir.
                 Van  Allen  qurşaqları  mənbəyi  Yerin  maqnit  sahəsi  olan
               sferalardır.  Bu  dairələr  bizim  planeti  zərərli  kosmik
               şüalanmadan qoruyan qalxan rolunu yerinə yetirir.
                 Yaxın  keçmişdə  hər  bir  parlamanın  kosmik  boşluğa  atdığı
               enerji Xirosimaya atılan atom bombası gücündə 100 milyard
               bombanın  enerjisinə  bərabərdir.  Parlamadan  58  saat  sonra
   126   127   128   129   130   131   132   133   134   135   136