Page 135 - Islamic Studies 04
P. 135

134) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

                 TERMOSFER
                 İYONOSFER
                 EKZOSFER
                 Yəni  Allah  bizə  bildirir  ki,  hər  atmosfer  qatına  müəyyən
               tapşırıq  verilmişdir.  Həqiqətən,  əvvəlki  bölümlərdə  də
               gördüyümüz  kimi,  adıçəkilən  hər  qatın  Yer  üzündəki  bütün
               canlılara,  o  cümlədən  insana  da  gətirdikləri  fayda  nöqteyi-

               nəzərindən  öz  vacib  funksiyaları  var.  Hər  bir  atmosfer  qatı
               yağış  əmələ  gətirilməsindəki  iştirakından  şüaların  keçməsini
               qorumağa  qədər,  radio-dalğaların  əks  etdirilməsindən
               meteoritlərin  zərərsizləşdirilməsinə  qədər  öz  üzərinə  düşən
               tapşırıqları yerinə yetirir.
                 Böyük  möcüzə  də  bundadır  ki,  müasir  texnologiyanın
               köməyi  olmadan  əldə  etməyin  mümkün  olmadığı  bu  bilgilər
               1400 il əvvəl nazil edilmiş Quranda bizə açıq şəkildə bildirilir.
               Aşılayıcı küləklər
                 Quran ayələrinin birində küləyin aşılama kimi xüsusiyyətinə,
               həmçinin  bu  küləklərin  hərəkəti  nəticəsində  yağışların  əmələ
               gəlməsinə işarə edilir.
                 Allah-tala  həmin  ayədə  buyurur:  Biz  yüklənmiş  külək
               göndərdik, göydən yağmur endirib sizə su verdik. Yoxsa onu
                                                1
               yığıb saxlayan siz deyilsiniz!
                 Quran  ayəsində  yağıntıların  əmələ  gəlməsində  əsas  rolu
               küləklərin oynadığına diqqət yetirilir. Bununla yanaşı, bu əsrin
               əvvəlinə qədər elmə küləklərlə yağıntılar arasında əlaqə olması
               haqda  heç  nə  məlum  deyildi.  Ancaq  müasir  meteoroloji
               tədqiqatlar  küləklərin  yağışın  yağmasında  həlledici  rol
               oynadığını anlamağa imkan verdi.
                 Küləklərin aşılama təsiri bu şəkildə həyata keçir.





                                                                             Hicr surəsi, 22. 1
   130   131   132   133   134   135   136   137   138   139   140