Page 128 - Islamic Studies 04
P. 128
Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (127
“Göy” sözü Quranda bir çox yerdə kainat və ya kosmos
mənasında işlədilir. Burada da məhz bu mənada işlədilib. Yəni
Quran kainatın genişləndiyini xəbər verir. Bu gün elm də elə
məhz bu nəticəyə gəlib.
XX əsrin əvvəllərinə qədər elmdə belə bir vahid baxış hökm
sürürdü ki, kainat hərəkətsiz struktura malikdir və o, əbədi
surətdə mövcuddur. Yalnız müasir texnologiyanın sayəsində
aparılan tədqiqat, hesablama və müşahidələr göstərdi ki,
kainatın başlanğıcı olub və o, daim genişlənir.
Rus fiziki Aleksandr Fridman və Belçika kosmoloqu Corc
Lemetr XX əsrin əvvəlində kainatın daim hərəkətdə olduğunu
və genişləndiyini nəzəri cəhətdən hesabladılar.
Bu kəşf müşahidələr yolu ilə 1929-cu ildə təsdiqləndi.
Amerika astronomu Edvin Habbl göyü böyük teleskopla
öyrənərək belə nəticəyə gəldi ki, ulduzlar və qalaktikalar daim
bir-birlərindən uzaqlaşırlar. Hər şeyin bir-birindən uzaqlaşdığı
kainatı isə daim genişlənən kainat kimi anlamaq lazımdır. Bu
prosesin şübhəsizliyi sonrakı illərin müşahidələri ilə dəqiq
sübut edilmişdir.
O uzaq zamanlarda bu həqiqət insanlara hələ tam məlum
deyildi və Quranda xəbər verilmişdi, çünki Quran Allah`ın –
Yaradanın və kainatın Hakiminin sözüdür.
Orbitər
Quranda Günəş və Ay haqda danışılanda bu göy cisimlərinin
hər birinin öz müəyyən orbitinin olduğu xəbər verilir:
“Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur.
1
Onların hər biri bir göydə üzür”.
Quranın başqa ayəsində həmçinin Günəşin hərəkətsiz
olmadığından və bir orbitinin olduğundan bəhs edilir:
Ə nbiya , 33 . 1