Page 130 - Islamic Studies 04
P. 130
Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (129
onlar bir-birinə toxunmur, onların yolları kəsişmir. Bundan
əlavə, o da qeydə alınıb ki, bəzi qalaktikalar onları təşkil edən
ulduz və planetlərin heç birinin toqquşması baş vermədən bir-
birinin üstündən növbə ilə keçirlər.
Təbii ki, Quranın nazil edildiyi dövrdə bəşəriyyət kosmosun
dərinliyinə milyonlarla kilometr məsafədən baxa biləcək
teleskopa, müasir fiziki və astronomik bilgilərə malik deyildi.
Deməli, yuxarıda göstərildiyi kimi, kosmosun kometaların və
ulduzların yollarına malik olması həqiqətini elmi cəhətdən üzə
çıxarmaq və təsdiqləmək o dövrdə mümkün deyildi. Ancaq o
dövrdə nazil edilən Qurani-kərimdə bu həqiqət bizə aydın
xəbər verilib, çünki Quran Allah`ın sözüdür.
Qoruyucu tavan
Allah Quranda bizim diqqətimizi göy quruluşunun bir vacib
xüsusiyyətinə cəlb edərək, belə buyurur: Göyü qorunub
saxlanılan bir tavan etdik. Halbuki, ayələrimizdən üz
1
döndərirlər.
Göy quruluşunun bu xüsusiyyəti XX əsrdə elmi tədqiqatların
gedişatında öyrənilmişdi.
Yer nüvəsini hər tərəfdən əhatə edən atmosfer Yer üzündə
həyatın varlığını təmin etmək üçün çox vacib funksiyaları
yerinə yetirir. O, Yerə yaxınlaşan çoxsaylı böyük və kiçik
kosmik daşları məhv edir, əridir və beləliklə, meteoritlərin
düşərkən Yer üzünə verəcəyi ziyanın qarşısını alır.
Bununla yanaşı, atmosfer canlı orqanizmlər üçün zərərli olan
kosmik şüaları filtrdən keçirir. Burada o, zərərsiz şüaları, yəni
görünən işığı, infraqırmızı şüanı və radiodalğanı buraxır, çünki
onlar həyat üçün vacibdir. Atmosferin müəyyən miqdarda
Ənbiya , 32. 1