Page 162 - Islamic Studies 04
P. 162
Dinə söykənən əxlaq/ (161
İslam dünyagörüşündə idrak vasitələri
Təfəkkür
Qurani-Kərimdə təfəkkürlə bağlı buyurulur:
1
- "Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr".
- "Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və
onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir
2
müddət üçün yaratdığını düşünmürlərmi?"
3
- "De: "Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz ? "
- "Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün)
döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar
yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-
meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə
(gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda
(bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın
4
qüdrətini və təkliyini sübut edən) neçə-neçə dəlillər vardır!
- "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da
Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında
5
düşünər".
İndi isə təfəkkürlə bağlı hədislərə nəzər yetirək:
6
- "Təfəkkür, qəlbin bəsirət gözünə həyat verir".
1
- "Bir saat təfəkkür yetmiş il ibadətdən xeyirlidir".
1. Quran: əl-Həşr surəsi, ayə:21
2. Quran: ər-Rum surəsi, ayə:8
3. Quran: əl-Ənam surəsi, ayə:50
4. Quran: ər-Rad surəsi, ayə:3
5. Quran: Ali-İmran surəsi, ayə:191
6. Təmimi Amidi, Əbdulvahid ibn Məhəmməd “Ğurərul-hikəm və
durərul-kiləm”, s. 57