Page 160 - Islamic Studies 04
P. 160

Dinə söykənən əxlaq/ (159


               nümunə  olaraq  Quranın  bir  neçə  surəsindən  bir  neçə  ayəni
               nəzərinizə çatdırırıq:
                Allah-Taala      “Əbəsə”  surəsində  İslam  peyğəmbərinin  və
                                                                  1
               yaxud  Peyğəmbərə  yaxın  şəxslərdən  birinin   kor  bir  kişi  ilə
               rəftarını  bəyan  edərkən  məlum  olur  ki,  Allah-Taala
               cəmiyyətdə  kimsənin  hüquqlarının  azacıq  olsa  belə
               tapdanılmasına  razı  deyil,  çünki  kor  bir  kişiyə  kiçik  bir
               etinasızlıq səbəbindən bu barədə bir neçə ayə nazil olur. Təkcə
               bu ayələri əsas götürərək dini əxlaqın fərdi insan hüquqlarına
               sekulyar  əxlaqdan  yüngül  yanaşması  fikrini  rədd  etmək
               mümkündür.  İslamda  qeyd  olunan  ayələrə  oxşar  ayələr  və
               hədislər kifayət qədərdir. Digər bir tərəfdən İslamda insanlara
               din ayinləri və qanunlar çərçivəsində təqdim olunan nə varsa,
               hamısı onların dünya və axirət həyatı üçün faydalı, bəzən də
               zəruridir.  Deməli,  bu  baxımdan  İlahi    dəyərləri  insani
               dəyərlərdən ayırmaq əsassızdır.
                2.  Müsəlman  xalqların  az  bir  hissəsi  dini  əxlaqa
               yiyələnmişdir.  Yalan,  rüşvətxorluq  və  bu  kimi  əxlaqa  zidd
               işlərin müsəlmanlar arasında geniş yayılması onu göstərir ki,
               dini əxlaq sistemi cəmiyyətdə işlək ola bilməz.
                 Bu irada cavab olaraq deyirik:
                 a). Etik normalara zidd bir çox davranışları müsəlmanlara aid
               etmək  olmaz.  Bundan  əlavə  müasir  dövrdə  əxlaq  problemi
               sekulyar cəmiyyətləri də narahat edir. Hətta bir çox sahələrdə,
               o  cümlədən,  ailə  qurumu  məsələlərində  müsəlmanların
               problemləri  digər  dinlərə  sitayiş  edənlərin  problemlərindən
               daha azdır.
               b).  Öncədən  də  qeyd  olunduğu  kimi,  müəyyən  qanunlar
               toplusunun  mövcudluğu  həmin  qanunların  cəmiyyətdə  tətbiq


               1. Quranda adı çəkilmədiyinə görə təfsirçilərin rəyi müxtəlifdir.
   155   156   157   158   159   160   161   162   163   164   165