Page 161 - Islamic Studies 04
P. 161
160) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
edilməsinə zəmanət vermir. İslamda kamil və mütərəqqi əxlaq
qanunlarının mövcud olması müsəlman adlanan insanların
həmin qanunlara uyğun yaşamasına təminat vermir. Deməli,
biz həmin qanunların bəzən işləməməsinin səbəblərini
araşdırıb tapmalıyıq.
3. Zaman dəyişdikcə onun tələbləri də dəyişir. Zamanla
dəyişən, fərqlənən və inkişaf edən bəşər cəmiyyətləri üçün
zamanla ayaqlaşan əxlaq qanunları tələb olunur, dini əxlaq
qanunları isə dəyişməz və sabitdir. Deməli, dini əxlaq zamanın
tələblərinə cavab verə bilməz.
Qeyd edək ki, İlahi dəyərlər əsasında formalaşan əxlaq
sistemi dəyişkənliyə məruz qalan cəmiyyət üçün daimi olaraq
əxlaq normaları tənzimləyir. Lakin bu o demək deyil ki, həmin
əxlaq qanunları dəyişkənliyə məruz qalır. İnsanlar ilk yaranış
günündən dünyanın sonuna qədər bir sıra dəyişməz qanunlara
tabe olmalıdırlar. Misal üçün zaman nə qədər dəyişsə də,
cazibə qanunu dəyişməzdir; min illər sonra da paradoks
hallarının mümükünsüzlüyü dəyişməz qalacaqdır. Deməli,
bəşər həyatında yeniləşməyən ( heç vaxt dəyişməyən )
həqiqətlər vardır. Həmin həqiqətlərin bir hissəsi də insanları
xoşbəxtliyə yönəldən əxlaq qanunlarıdır. Tam əminliklə deyə
bilərik ki, “başqasının hüququna təcavüz etmək qadağandır”
qanunu zaman və məkan çərçivəsinin fövqündə dayanan bir
qanun kimi dəyişməz qalacaqdır. Bizim qənaətimizə görə,
İslamda mövcud olan etika qanunlarının hamısı bu
qəbildəndir. Deməli, İslamın əxlaq qanunları bütün zaman və
məkanlarda, habelə müxtəlif mədəniyyətlərə mənsub olan
1
xalqlar arasında həyata keçə bilən dəyişməz həqiqətlərdir.
Beləliklə, əxlaqın dinə ehtiyacının təsdiq sahəsini daha yaxşı
dərk edə bilməkdən ötrü təfəkkürün nə olduğunu anlamalıyıq.
1 . Mail İsmayıloğlu, “Din fəlsəfəsi” (2009-cu il), s. 112-120.