Page 179 - Islamic Studies 04
P. 179
178) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
idrak, qarşı tərəfdə müşahidə edilən halın, şəxsin özündəki
buna uyğun hal ilə müqayisəsi nəticəsində meydana gəlir.
Heyvanın idrakı burada sona çatır, amma insanın yuxarıdakı
daxili qüvvələrinə başqa bir qüvvə də əlavə olunur ki, o da
"ağıl"dır. Yəni heyvan insanla əqli idrakdan başqa qalan üç
idrakda müştərəkdir.
Əqli idrak
Əvvəlcə bir misalla izah edək. Tutaq ki, eyvanda əyləşib
səmanı seyr edirsiniz. Elə bu zaman səmanın dərinliklərində
bir obyektin sizə tərəf gəldiyini müşahidə edirsiniz. Sizin
"müşahidə etdiyiniz halda gördüyünüz", həmin obyektin
zehninizdə canlanaraq hasil olan ( hüsuli ) görüntüsü "hissi"
idrak olur. Yəni bu hissi idrakın özü də hüsuli idrakın bir
forması olur. Müşahidə etdiyiniz obyekt səmada itdikdən sonra
onun zehninizdə qalan surəti "xəyali" idrak, yaxud bilik
adlanır. Xəyalınızda hasil olan müxtəlif şeylərin vasitəsilə
zehninizdə qurduğunuz surətlər "təxəyyül" olur (məsələn,
xəyalınızda özünüzü qədim zamanlarda təsəvvür etməyiniz
kimi, yaxud fantastik əsərlərin, filmlərin yaradılması). Bundan
sonra, səmadan sizə tərəf gələn obyektin durmadan
yaxınlaşdığı zaman onun qorxunc varlıq olduğunu görsəniz,
sizdə qorxu hissi yaranır. Onun qorxulu olduğu da vahimə
qüvvəsi ilə dərk edilir. Buna da "vəhmi" idrak, yaxud bilik
deyilir. Bunlardan sonra zehnin ağıl qüvvəsi ilə əldə edilən
yeni idrak meydana gəlir. Əvvəlcə ağıl qüvvəsinin
"mücərrədləşdirmə"si (əvvəldə qeyd olunan dörd təfəkkür
formasından birincisi) sayəsində həmin xəyali elmlərdən
ümumi məfhum yaradılır. Məsələn: əgər insan, yaxınlaşdıqca
həmin obyektin cisim olduğunu görsə, onun "göy cismi"
olduğunu dərk edəcək. Bu da zehnin onu, əvvəl də qeyd
etdiyimiz dörd təfəkkür formasından birincisi olan