Page 174 - Islamic Studies 04
P. 174
Dinə söykənən əxlaq/ (173
1
Hüsuli (təcrübi) və hüzuri (fitri) idrak
Obyektin "öz"ü və onun zehindəki inikası baxımından idrak
iki yerə bölünür:
1. Hüsuli idrak,
2. Hüzuri idrak.
Hüsuli idrak - obyektin insan zehnindəki inikasından ibarətdir.
Yəni obyekt müstəqil olaraq xarici aləmdə mövcuddur və
onunla insan arasında fasilə olmasına baxmayaraq, beyində
əks olunmaqla insanda onun haqqında müəyyən bilgi
formalaşır. Bu bilgi "hüsuli" (təcrübi) idrak adlanır. Adından
məlum olduğu kimi, hüsuli idrak obyekt barəsində hasil olan,
kəsb edilən məlumatdır. Burada, xaricdə müstəqil olan obyekt
məlum, insan alim və həmin məlumun insan beynindəki
inikası isə bilikdir. Məsələn: Amazon meşəsində bu vaxtadək
bizə məlum olmayan bir canlı haqqında ya eşitmək, ya da onu
görməklə aydın, ya da qaranlıq bir təsəvvür əldə edirik. Amma
bu canlını tam olaraq tanımaq bizim üçün qeyri-mümkündür.
Bunun üçün aşağıda qeyd edəcəyimiz "hüzuri" (fitri) idrak
lazımdır ki, canlı haqqında bütün məlumatlar bizə məlum
olsun. Burada, canlı məlumdur, biz alim, canlı haqqında qiyabi
təsəvvür isə bilikdir.
Hüzuri idrak-obyektin özünün insan varlığında hazır
olmasından ibarətdir.
Məsələn, bizim özümüzü dərk etməyimiz kimi, yaxud
özümüzə olan elmimiz kimi; hər kəs öz varlığını bütün varlığı
ilə dərk edir. Hər kəsin şəxsiyyəti onun təsəvvüründə deyil,
onun hüzurunda bütün varlığı ilə hazırdır və insan onu
qavrayır, duyur. Burada, obyekt, yaxud insanın özü məlum,
1. İdrakın bu iki növü ilk dəfə İbn Sina tərəfindən kəşf edilmişdir. Şeyx
İşraq isə bu iki növü elmi dəlillə isbat etmişdir.