Page 177 - Islamic Studies 04
P. 177

176) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               qüvvələr sayəsində zehində yaranan biliklər, məlumatlar hafizə
               qüvvəsinin vasitəsilə qorunub saxlanılır. Bu məlumatlar hüsuli
               idrakın ardıcıllıq baxımından mərhələləridir və aşağıdakılardan
               ibarətdir:
               1. Hissi, 2. Xəyali, 3. Təxəyyüli,  4. Vəhmi, 5. Əqli

               Hissi idrak

                 Dünyaya yeni gələn insanın məlumatları tədricən əmələ gəlir.
               Yəni onun yuxarıda qeyd etdiyimiz əqli idrakı olmur. Məsələn,
               körpə uşaqdan "Ana nədir?" soruşulsa, o öz anasını göstərəcək.
               Yəni  uşaq  "analığı",  yalnız  hissi  idrakın  sayəsində  qavrayır.
               "Ana" dedikdə, yalnız öz anasını dərk edə bilir. Əqli idrakın
               "mücərrədləşdirmə", yəni məfhum yaratma qabiliyyəti uşaqda
               olmadığından,“  o,  yalnız  öz  anasını  dərk  edə  bilir.  Bununla
               yanaşı,  dünyaya  yenicə  göz  açmış  körpə  qısa  zaman
               müddətində,  artıq  nələrinsə  yaxşı  və  pis  olduğunu  hiss  edir.
               Gözəl  qoxular  xoşuna  gəlir,  nələrdənsə  qorxur,  anasının
               mehriban  laylasına  xumarlanır,  dadlı  şirin  şeyləri  xoşlayır,
               kənardan bədəninə olan ağır təsirdən əziyyət çəkir. Bildiyimiz
               kimi,  bu  idraklar,  bu  məlumatlar  beş  duyğu  üzvlərinin
               nəticəsidir:1.  Görmə  2.  Eşitmə  3.  Dadbilmə       4.  İybilmə    5.
               Lamisə.
                Beləliklə,  hissi  idrak  beş  duyğu  üzvünün  insanda  yaratdığı
               idrakdan  ibarətdir.  İnsanın  idrakı  birinci  növbədə,  həmin  bu
               hissi idraklar vasitəsilə inkişaf etməyə başlayaraq dərin əqli və
               fəlsəfi  mövzulara  yetişir.  Buna  görə  də  hər  kəs  bu  beş  hissi
               idrakdan birinə malik olmasa, həmin hissi idrakla bağlı başqa
               idraklardan  məhrum  olur.  Məsələn:  anadangəlmə  görmə
               qabiliyyətinə malik olmayan bir şəxs, sonradan rəng haqqında
               fizikanın  kəşf  etdiyini  anlaya  bilməz.  O,  necə  anlasın  ki,
               rəngin görünməsi "cisimlər, yeddi rəngi özündə cəmləmiş ağ
   172   173   174   175   176   177   178   179   180   181   182