Page 175 - Islamic Studies 04
P. 175

174) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               yenə insanın özü alim və yenə də insanın özü bilikdir və bu
               idrak, artıq hüsuli yox, hüzuri idrakdır. Çünki burada, obyekt
               olaraq insanın özü məlum götürülmüşdür.
                 Hüzuri  və  hüsuli  idrakların  yuxarıdakı  təriflərindən  sonra
               onlar arasında aşağıdakı fərqləri əldə etmiş oluruq:
                1.  Hüzuri  idrak  hüsuli  idrakdan  öndədir.  Çünki  hüsuli  idrak
               xarici aləm haqqında zehni məlumatdır və insan xarici aləmi

               dərk etməzdən əvvəl öz varlığını hüzuri olaraq dərk edir.
                2. Hüsuli idrak zehni, hüzuri idrak isə ruhi hazırlıq tələb edir.
                3.  Hüsuli  idrak  obyektin,  yaxud  məlumun  surətinin  alimin
               varlığında, hüzuri idrak isə obyektin özünün alimin varlığında
               hazır olmasından ibarətdir.
                4.  Hüsuli  idrakda  "obyekt    #  məlum"  (yəni  obyekt  məluma
               bərabər  deyil),  hüzuri  idrakda  isə  "obyekt  =  məlum"
               bərabərliyi ödənilir.
                5. Hüsuli idrak vasitəli, hüzuri idrak isə vasitəsizdir.
                6. Hüsuli idrak obyektin mahiyyətinə, hüzuri idrak isə onun
               varlığına, özünə olan elmdir.
                7.  Hər  hüsuli  idrakın  özü  bir  hüzuri  idrakdır,  çünki  hüsuli
               idrak sayəsində yaranan biliyin özü də insanın varlığında yer
               alır və insan həmin biliyin özünü hüzuri idrakla dərk edir.
                8. Hüzuri idrak şəxsi, yaxud fərdi, hüsuli idrak isə ümumidir.
                9. Hər iki idrakda idrakın subyekti insandır.
                 Hüsuli  idrakda  idrakın  obyekti  ilə  məlum  (yaxud  bilik)
               fərqlənir,  amma  hüzuri  idrakda  idrakın  obyekti  ilə  məlum
               (bilik)  eynidir.  Başqa  sözlə,  hüsuli  idrakla  zehində  əks
               olunaraq dərk olunan xarici aləmdəki obyekt zehindəki məlum
               (bilik) vasitəsi ilə, amma hüzuri idrakla dərk olunan obyekt isə
               elə məlumun özü olub birbaşa dərk olunur.
               10. Hüzuri idrak "fərdi", hüsuli isə "ümumi" dir. Yəni hüzuri
               idrak  sayəsində  yaranan  biliyin  xarici  aləmdəki  nümunəsi
               vahiddir  və  elə  həmin  dərk  olunan  obyektin  özüdür,  amma
   170   171   172   173   174   175   176   177   178   179   180