Page 176 - Islamic Studies 04
P. 176

Dinə söykənən əxlaq/ (175


               hüsuli  idrakın  xarici  aləmdəki  nümunəsi  vahiddən  çoxdur.
               Əlbəttə,  bu  haqda  diqqətli  bölgü  aparmaq  tələb  olunur.
               Məsələn, aşağıda gələcək hissi idrak hüsuli olsa da, onun da
               xarici  aləmdəki  nümunəsi  vahiddir.  Hər  halda,  bu  haqda
               diqqətli  olmaq  tələb  olunur  və  burada  qeyd  olunanlar  hüzuri
               idrakla,  hüsuli  idrakın  fərqinin  açıqlanması  üçün  qısa
               məlumatlardır.  İdrakların  hər  birinin  tərifi  ilə  tanış  olduqdan
               sonra  hansının  hüzuri,  hansının  hüsuli  olduğunu  da
               aydınlaşdırmaq daha dəqiq olar.

               Hissi, xəyali, təxəyyül, vəhmi və əqli idrak
                 İnsana,  digər  canlılardan  fərqli  olaraq,  Yaradan  tərəfindən
               onun yoluna işıq saçan bir nemət - təfəkkür verilib.
                 İndi  isə  görək  digər  canlılar  düşünən  varlıq  olmamasına
                             1
               baxmayaraq   insanla  hansı  xüsusiyyətlərdə  müştərəkdir,
               hansında isə müştərək deyil?
                 Yuxarıdakı  idraklar  öz  növbəsində  İbn  Sinanın  nəzərincə  (
               “İşarat”  əsərində  dediklərinə  əsasən),  zehnin  malik  olduğu
               "duyğu",  "xəyal",  "vahimə",  "ağıl"  və  "hafizə"  qüvvələri
               sayəsində  meydana  gəlir.  Qeyd  edək  ki,  yuxarıda  göstərilən



               1.  Qeyd  edək  ki,  burada,  heyvanın  düşünən  varlıq  olmayaraq  qeyd
               olunması,  insanın  təfəkkürünü  öyrənmək  üçündür.  Yəni  heyvanı
               düşünməyən varlıq kimi götürmək, onun məhz insan kimi düşünən varlıq
               olmadığını  vurğulamaq  üçündür.  Digər  elmlərdə  isə  heyvan  düşünən
               varlıq kimi qəbul olunur. Məsələn, irfanda bütün məxluqatın öz həddində
               şüurlu  olduğu  deyilir.  Buna  görə  də  burada  heyvanın  şüursuz,  yaxud
               düşünən varlıq olmaması deyildikdə, onun məhz insan kimi təfəkkür edə
               bilmədiyi  başa  düşülür.  Onu  da  qeyd  edək  ki,  bunlar  çox  qısa
               məlumatlardır və ola bilər ki, heyvan haqqında həqiqət tamamilə başqa
               cür olsun. Bu deyilənlər, yalnız və yalnız  təfəkkürü müəyyənləşdirmək
               üçündür.
   171   172   173   174   175   176   177   178   179   180   181