Page 178 - Islamic Studies 04
P. 178

Dinə söykənən əxlaq/ (177


               işıq  üzərlərinə  düşən  zaman  yeddi  rəngdən  altısını  udaraq
               birini əks etdirir" qanunu ilə həyata keçir və s.
                 Bildiyiniz kimi, heyvanlar hissi idrakda insanla müştərəkdir.
                 Hətta bəzi heyvanlarda bu beş hiss daha güclü olur.
                 Onu da qeyd edək ki, hissi idrakın özü iki - duyğu (zahiri) və
               hüzuri  (batini)  idraka  ayrılır.  Yəni  hüzuri  idrak  da  hissi
               idrakdır.    Məsələn:      biz    özümüzü,       öz    daxili,    nəfsi
               istedadlarımızı, qüvvələrimizi də hiss edirik.

               Xəyali idrak
                 Hissi idrak, insanın beş duyğu üzvündən biri ilə xarici aləmlə
               əlaqə  yaratdığı  zaman  onda  davam  edən  həmin  hissiyyatdır
               (idrakdır), xəyali idrak isə bu bağlılıq qırıldıqdan sonra həmin
               idrakın insan zehnindəki xəyali formasıdır. Xəyal qüvvəsinin
               sayəsində  yaranan  "təxəyyül"ə  də  yuxarıda  işarə  edildi.
               Həmçinin  hissi  idrakın  yuxarıda  dediyimiz  batini  forması  da
               belədir.
                 İdrakın bu forması uşaqlarda və qadınlarda daha güclü olur.
               Uşaqların  bir  dəfə  görüb  xoşladıqları  şeyi  yaddan  çıxara
               bilməmələrinin,  qadınların  emosional  olmalarının  və  insanın
               qorxulu  hadisə  ilə  üzləşib  illərlə  unuda  bilməməsinin  bir
               səbəbi  xəyal  ilə  bağlıdır.  İdrakın  bu  növündə  də  heyvanlar
               insanla müştərəkdir.

               Vəhmi idrak
                 İnsan obyektlərlə üzləşərkən hissi və xəyali idrakdan  əlavə,
               obyektlərin  xarici  görkəmləri  onda  üçüncü  bir  idrak  əmələ
               gətirir  və  buna  "vəhmi"  idrak  deyilir.  Məsələn:  qorxunc,
               vahiməli obyektlə üzləşərkən onun qorxusu vahimə qüvvəsi ilə
               dərk olunur. Bunda da heyvan insanla müştərəkdir.  Belə ki, bu
   173   174   175   176   177   178   179   180   181   182   183