Page 208 - Islamic Studies 04
P. 208
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (207
inanırlar. Xristianlar arasında bu məsələyə aid olan sual, budur
ki, ruh və nəfs ya can bir şeydir yoxsa fərqli şeylərdir? Digər
təbirlə desək, insan iki hissədən təşkil tapıb yoxsa üç hissədən?
Xristianlardan bəzisi ruh və canı eyni bilirlər, bəziləri isə onu
bir-birindən ayrı bilirlər.
Ümumi olaraq qərb kilisələri birinci fikrin tərəfdarları və şərq
kilsələri ikinci fikrin tərəfdarlarıdırlar. Bu iki dəstənin hər biri
öz iddiasını isbatlamaq üçün Müqəddəs kitabdan dəlillər
gətirirlər.1
Sonunda xristian ilahiyyatçıları iki fikri belə izah edərək,
birləşdirirlər:
“İnsanın qeyri-maddi tərəfi birdir və eyni halda iki hissədən
ibarətdir. Biri aşağı hissə və digəri yuxarı hissə. Nəfs ya can,
təsəvvür, yaddaş və anlama mərkəzidir və ruh düşünmə,
vicdan və azad iradə mərkəzidir.”
Onlar bu izahla insanın iki hissədən yəni ruh və cismdən təşkil
tapdığını vurğulayırlar və bildirirlər ki, insanın ölümdən
sonrakı həyatda qayıdışı ruhani olacaq.2
Ruhun mahiyyəti haqda müsəlmanlar da Ruhun qeyri-maddi
və mücərrəd olmasına təkid edirlər. Onlar “maddi” və
. yaradılış 2: 7 və 41: 8 və 1: 21-24; Nəğmələr Nəğməsi 42: 6; Matta 20: 28; 1
İbranilərə 12: 00 və 4: 12; 1 Saloniklilərə 5: 23; 1 Korinflilərə 2: 14.
. Tisin, Henri; Xristian Teologiyası; səh: 155 – 156. 2