Page 210 - Islamic Studies 04
P. 210

İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (209


                “Maddi,  yəni  maddənin  özü  və  ya  o  şey  ki,  təbiətinə  görə
               maddəyə  ehtiyaclıdır.”  Əlbəttə,  bəzən  “maddi”  termini
               “cismani”  termini  ilə  sinonim olaraq  işlədilir  ki,     “cismani”

               dedikdə, yəni cism və ya o şey ki, bir yolla cismə bağlılığı var.
               Bu  mənalara diqqət etməklə, “qeyri-maddi  (mücərrəd),   yəni
               bir  varlıq  ki,  nə  maddə  deyil  və  nə  əvvəlki  maddədən

               yaranmayıb  və  nə  varlığının  bir  hissəsi  maddə  deyil,  nə  də
               maddi cismlərin sifəti   olmur.”

                 Yuxardakı izahata diqqət etməklə və “mücərrəd” və “maddi”

               terminlərinin mənaları aydın olmaqla, şübhə yoxdur ki, insanın
               bədəni ki, insanın vücudunun  mühüm bir hissəsidir, maddidir
               və  maddi  varlığın  bütün  xüsusiyyətlərinə  malikdir.  Maddi

               hissiyyat üzvləri ilə qavranılan şeylər zaman və məkana, çəki,
               uzunluq, en və dərinliyə sahib olma və s. kimi maddi varlığın
               bütün xüsusiyyətlərinə malikdir. Amma dedik ki, insan təkcə

               elə həmin maddi və cismani cəhətdə xülasələşmir və  ruh adlı
               digər bir cəhəti də var ki, elə bu ruhun var olması və varlığıdır
               ki,  məad  məsələsinin  mümkünlüyünü  zəruri  edərək  bu

               dünyanın  insanlarının  hər  birinin  o  dünyada  qayıtmalı
               olacağını təhlil və izah edir. İndi görmək lazımdır ki, insanda
               bu  mücərrəd  cəhətin  olmağını  sübuta  yetirmək  üçün  hansı

               yollar var və hansı yolla ruhun varlığını əldə etmək olar?

               Deyilənlərə əsasən bu nəticəni əldə edirik ki, hər iki din:


               1. insanın iki tərəfli varlıq olmasına təkid edirlər; yəni insan
               ruh və cismdən təşkil tapıb.
   205   206   207   208   209   210   211   212   213   214   215