Page 211 - Islamic Studies 04
P. 211

210) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               2. İnsanda ruh adlanan varlıq qeyri-maddi cəhətə malikdir.


               3.  Ruh  ölümdən  sonra  cismin  əksinə  olaraq,  müstəqil  olaraq
               qalma və yaşama patensialına malikdir.


                Həmçinin  qeyd  etmək  lazımdır  ki,  işarə  olunduğu  kimi
               xristianlar insanın ölümdən sonrakı həyatda qayıdışının ruhani
               olacağına  inanırlar.  (Tisin,  Henri;  Xristian  Teologiyası;  səh:

               155 – 156.) Amma müsəlmanların inancına əsasən, axirət həm
               cismani həm də ruhani olacaq.


               1-2. Ölüm

               Xristianlar bütün insanların istisnasız olaraq istər mömin olsun

               istərsə də kafir, ölümü dadacağına inanırlar; ölmək və hesaba
               çəkilmək üçün dirilmək Adəm evladının alın yazısıdır.1

               Əhdi-Cədidin ayələrini araşdıranda görürük ki, orada iki növ

               ölümə işarə olunur:

               Cismani olüm və ruhani ya əbədi ölüm.2


               Cismani  ölüm,  ruhun  bədəndən  ayrılması  və  cismin  torpağa
               qayıdaraq,      orada     parçalanaraq     öz     sadə    ünsürlərinə

               çevrilməsindən  ibarətdir.  Bu  həmin  dünya  yaşayışının
               sonudur.3




                                                         . Romalılara 5: 12;  Yəhuda 5: 28-29.  1
                                                                  . Matta 10: 2; Luka 12: 4-5. 2

               3 . Amerikalı Ans, Ceymz; Düzgün səmavi elmdə təlim sistemi; 2- ci cild; ABŞ nəşriyyatı;
               Beyrut; 1890-cı il; səh 487-488; Əyyub 7: 9; Həvarilərin İşləri 5: 5.
   206   207   208   209   210   211   212   213   214   215   216