Page 213 - Islamic Studies 04
P. 213

212) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               “hər an sənə deyirəm bu gün mənimlə cənnətdə olacaqsan”.1


               Təbii ki, ölümdən sonra cənnətdə olmaq üçün, ruhun yaşaması
               qaçılmaz və gərəkən  məsələdir.


               Xatırladaq ki, bu həmişəyaşarlıq yalnız möminlərin ruhlarına
               aid deyil, onlarla birgə günahkarların və kafirlərin ruhlarına da

               aiddir.2 Bir fərqlə ki, möminlərin ruhlarının yeri kafirlərin

               ruhlarının yerindən ayrıdır.3


               Müqəddəs        islam     dini     də    ruhun      əbədiliyinə     və
               həmişəyaşarlığına  təkid  edir.  Belə  ki,  insanın  insanlığı  onun
               ruhu ilədir və ruh bədəndən ayrılsa, “insan” termininin ruhsuz

               cismlə bağlı işlədilməsi həqiqi mənada olmayacaq.

               Bu  üzdən  də,  demək  olar:  “Nə  qədər  ki,  insanın  ruhu  qalır,
               onun  özü  də  həqiqətən,  qalır  və  aradan  getmir.  İnsanların

               ruhları cismani bədənlərdən  ayrıldıqdan sonra, qalaraq aradan
               getmədiyi  üçün,  demək  olar  ki,  qiyamətdə  də  bu  dünyanın

               insanlarının hər  biri hazır olur və ilahi  ədalət məhkəməsində
               dayanırlar  və     bu  dünyadakı  insanlardan  ayrı  və  müstəqil
               insanlar deyillər.”


               1-4. Ruhun ölümdən sonrakı durumu (Bərzəx)

               Ölümdən  sonra  və  qiyamətdən  öncə  ruhun  durumu  haqda

               xristianlar Müqəddəs kitabın təlimləri əsasında buna inanırlar
               ki,  insanların  ruhlarının  ölümü  və  yuxusu  olmur.  Tam  pak

                                                                            . Luka 20: 38. 1
                                           . Matta 11: 21-24, 2 Korinflilərə 5:10, Romalılara 2:11. 2
                                                                          . Luka 16: 19-31. 3
   208   209   210   211   212   213   214   215   216   217   218