Page 209 - Islamic Studies 04
P. 209
208) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
“mücərrəd” terminlərini izah edərək, ruhun mücərrədliyini
aydınlaşdırırlar.
“Mücərrəd” sözünün mənası müəyyən mənada bir səlbi məna
olduğu üçün,1 əvvəl gərək, maddi termininin mənası
aydınlaşsın.
“Maddi termininin axırında gətirilən “ya”(maddiy) hərfi ərəb
ədəbiyyatında mənsubluq bildiricisidir , ona görə “maddi”
deyildikdə, yəni o şey ki, maddəyə mənsubdur. “Maddə”
termininin özü fəlsəfə və məntiqdə müxtəlif mənalara malikdir
ki, burada onları təfsilatı ilə aydınlaşdırmaq olmur.
Sadəcə, bilməyimiz lazımdır ki, bir fəlsəfi termin olaraq
“maddi” o varlığa deyilir ki, maddi səbəbə malikdir. Yəni,
özündən qabaqkı bir maddə və cisimdən yaranıb. Məsələn,
deyirik: “İnsan torpaqdan yaranıb, bəs, torpaq insanın
maddəsidir, ona görə insan da bir maddi varlıqdır. ”Digər bir
fəlsəfi termin əsasında “maddə” ilkin malekul adlanan bir
cövhərə deyilir ki, Məşşa filosoflarının əqidəsinə əsasən , belə
bir varlığın vücuduna inanırlar ki, o, tam bir potensialdır və
digər cismlərin potensialına da malikdir, həmçinin “maddi” bu
qaydaya əsasən, o şeyə deyilir ki, bir yolla onun “maddəyə”
bağlılığı və nisbəti vardır.2
Burada xülasə şəkildə aydınlaşdıra biləcəyimiz şey budur ki:
“Səlbi” məfhumlar o məfhumlara deyilir ki, adətən, qeyri sözünü vücud 1
məfhumlarına şamil edərək ələ gətirilir, misal üçün, cahil, yənu “qeyri-alim”,
qaranlıq- “qeyri-aydınlıq” ... mənalarının hamısı səlbi mənalardır.
Bu terminlərlə və məsələlərlə bağlı daha çox tanışlıq üçün fəlsəfi kitablara 2
mücariət etmək lazımdır.