Page 212 - Islamic Studies 04
P. 212

İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (211


               Ruhani  ya  Əbədi  ölüm,  günahların  və  səhvlərin  vasitəsi  ilə
               ölməkdir.1


               Bu  ölümün  həqiqəti  günahlara  xatir  ruhun  Allahdan
               uzaqlaşması, nəticə etibarı ilə də onun ruhi və cismi baxımdan
               Tanrının qəzəb atəşi və cəhənnəmində yanmasından ibarətdir.2


               Müqəddəs  İslam  dini  buna  təkid  edir  ki,  ölüm  məhv  olmaq
               deyil, bəlkə, bir aləmdən başqa aləmə keçməkdir. Bir müddət
               maddi  qəlibdə  yaşayan  ruh  ölümdən  sonra  da  diridir  və  heç

               vaxt məhv olmur. Peyğəmbər (s) bir hədisdə buyurur:

                “Allah-taala  sizi  məhv  və  fani  olmaq  üçün  xəlq  etməyib.
               Bəlkə, sizi həyat və diri qalmaq üçün yaradıb. Siz ölümlə bir

               mənzildən başqa mənzilə keçirsiniz.”

               1-3. Ruhun əbədiliyi


               Xristianların  dini  kitablarında  ruhun  əbidiliyi  açıq  şəkildə
               vurğulanır.  Əhdi-Cədid  müxtəlif  yerlərdə,  ölümdən  sonra

               ruhun yaşamasına toxunur.

               Lukada oxuyuruq:


               “…hamı onun yanında diridir”.3

               İsa (ə) da özü ilə birlikdə iki çarmıxa çəkilən şəxsdən birinə

               deyir:

                                                                           . Efeslilərə 2: 1. 1
                                                             . Amerikalı Ans, Ceymz; həmin.  2
                                                                            . Luka 23: 43. 3
   207   208   209   210   211   212   213   214   215   216   217