Page 216 - Islamic Studies 04
P. 216

İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (215


               Peter ikidə də belə gəlib:

               “bu minvalla Tanrı bilir  gözəl əməl sahiblərini vəsvəsədən və

               imtahandan  necə  azad  etsin  və  necə  pis  əməl  sahiblərini
               sonuncu günə qədər əzabda saxlasın.”2

               Araşdırmaya əsasən bu nəticəyə yetişirik ki, imanlı insan ölüm

               vaxtı Məsihin hüzuruna gedir. O, qayıdış zamanı öz əzəmətli
               bədəninə  yetişənə  kimi,  tanrının  hüzurunda  agahlıqda  və
               bərəkətli şəkildə qalır. Imansız insan ölüm zamanı agahlıq və

               əzab  durumunda  olur  və  qiyamət  zamanı  atəş  dənizciyinə
               atılacaq.3

               Müqəddəs islam dini də bərzəx aləminin varlığına işarə edərək

               təkid edir ki, onun olmasında heç bir şəkk və şübhə yoxdur.

               Bərzəx aləmi bu dünya ilə axirət arasında bir vasitədir. Buna

               görə də ona “bərzəx” aləmi deyilir.

               İnsanın  ruhu  bərzəxdə  qiyamətə  qədər  ya  ilahi  nemətlərdən

               bəhrələnir,  ya  da  Allahın  əzabəna  düçar  olur.  İnsanın  ruhu
               dünyada etdiyi əməllərə görə, bərzəxdə də ya cənnətdə, ya da
               cəhənnəmdə olur. Amma bu cənnət və cəhənnəm bu dünyaya

               uyğundur.  Ona  görə  də  ona  bərzəx  cənnət  və  cəhənnəmi
               deyilir.





                                                                           .  Peter 1, 3: 19. 1
                                                                            . Peter 2, 2: 9. 2
                                                . Tsin, Henri; Xristiyan Teologiyası; səh 325-326. 3
   211   212   213   214   215   216   217   218   219   220   221