Page 217 - Islamic Studies 04
P. 217
216) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Bir çox ayələr və əqli dəlillər belə bir aləmin olduğunu
təsdiqləyir. Bərzəx aləmi rütbə cəhətdən dünyadan üstün,
axirətdən isə naqis bir dünyadır. Buna görə də “imkani-əşrəf”1
əqli qaydasına əsasən bərzəxin mövcud olmasının heç bir iradı
yoxdur. Bəlkə, bu qaydaya əsasən. belə bir aləmin vücudu
lazım və zəruridir.
Maddi aləmin varlıq aləminin vücudlarının silsiləsindən
yaranması maddi aləmdən üstün mərtəbədə misal və bərzəx
aləminin olmasını tələb edir (diqqət edin).2
Qeyd olunan əqli dəlillərdən əlavə, çoxlu nəqli dəlillər
bərzəxin mövcudluğunu təsdiqləyir. Bu haqda ayələr və
hədislər çoxdur. Biz bu haqda gələn ayələrdən yalnız birini
qeyd edirik.
Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o
belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!
Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı
bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana
qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş
(faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün
Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər
Bu fəlsəfi bir qaydadır, mənası “maddə aləmində yaranışlar arasında ən üstün varlığın 1
olmasının mümkünlüyüdür”.
Mətləbin mənasının dərk olunması üçün aşağıdakı misaldan istifadə edirik: Bir su 2
çeşmədən axır və onun yolunda kiçik gölməçələr vardır. Belə ki, ikinci gölməçə
birincidən aşağı və üçüncüdən yuxarıdadır. Bu halda, üçüncü gölməçənin dolması
lazımdır. Vücudlar silsiləsində də, gərək, əvvəl üstün mərtəbəli vücud yaransın, sonra
ondan aşağıdakılar meydana gəlsin.