Page 218 - Islamic Studies 04
P. 218

İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (217


               maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi)
               vardır. (əl-Muminun surəsi\99-100)


               2. Qiyamət

               Xrisitiyan  dinində  Qiyamət  məsələsinə  toxunmadan  öncə
               “Axır  zaman”  və  “minilliyə  inam”  məfhumunun  izahına

               toxunmaq  qaçılmazdır.  Belə  ki,  “Axır  zaman”  termini  bu
               dinində  Xristiyanlıqda  axirəti  tanıma  formasında  məna  tapır.
               Xristiyanlığın  dini  lüğətində  bu  kəlmənin  izahı,  onların

               minilliyə  etiqad  məfhumunun  izahı  ilə  qarışıb.  buna  əsasən
               Xristiyanlıq teologiyasında bu mənanı izah etmək üçün, öncə
               minilliyə etiqad məfhumunu izah etmək lazımdır.


               Minilliyə  inam  lüğəti  (onun  Latıncası  “Millennium”  və
               Yunancası  “Chili”-dir)  bir  min  il  dövrü  mənasınadır.  Bu

               nəzəriyyəyə  əsasən    Məsih  (ə)  zühur  etdikdən  sonra  İblisə
               qələə çalacaq və onu əsir edəcək; ondan sonra İlahi mələkutu
               yaratmaqla min il hökümranlıq edəcək.1


               İsa  Məsihin  qayıdışı  Əhdi-Cədiddə  300  dəfədən  artıq
               təkrarlanıb  və  neçə  bölüm  bütövlükdə  bu  mövzuya  aiddir;
               beləki onun onuçdə birinə şamil olur.2


               Məsih  (ə)-ın  qayıdışı  məələsi, ölülərin  qayıdışı  məsələsindən
               ayrı deyil. Həqiqətdə bu məsələ ölülərin qayıdışı məsələsi ilə
               nəticələnir. Müqəddəs kitabı mütaliə etməklə bu nəticəni əldə



                  . Davidd L. Silis (ed.), Internation Encyclopedia of the Sosial Sciences, “Millenarism.” 1
                                                 7 .     . Tsin, Henri; Xristiyan Teologiyası; səh 32 2
   213   214   215   216   217   218   219   220   221   222   223