Page 220 - Islamic Studies 04
P. 220

İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (219


               dirildidir dediyimizdə, ölülərin dirilməsi doğru olmasa, Allah
               haqqında  yalandan  şəhadət  vermişik;  çünki  əgər  ölülər
               dirilməsə, Məsih dəqəti şəkildə dirilməyib və ...”.1


               Qeyd olunan ayələrdən əlavə, Əhdi-Cədiddə ölülərin qayıdışı
               və  Qiyamət  haqqında  danışan  başqa  mühüm ayələr  də var.iz
               burada  məsələ  çox  uzanmasın  deyə  onların  hamısını

               gətirmirik.  Misal  üçün;  1  Saloniklilərə,  2  Korinflilərə  və
               Yəhudaya müraciət etmək olar.2


               Müqəddəs  islam  dini  də  “Məad”ın  vacibliyini  nəqli  və  əqli
               yolla isbat edərək, onun vacibliyini və zəruriliyini bəyan edir.

                “Məad”ı birinci yolla (nəqli) isbat etmək üçün Qurani-kərimin

               “  məad”    və  “onun  vacibliyi”  haqda  nazil  olmuş  ayələrinə
               müraciət etməyimiz kifayətdir. Biz burada “məad”ı və ölülərin

               yenidən dirilməsini Quran vasitəsi ilə isbat etmək üçün, iki ayə
               gətirməklə kifayətlənirik.

               Quranın  “məad”  məsələsinə dəlalət edən ayələrinin sayı iki

               minə  yaxındır. Onlardan ikisi bu aşağıda gələn ayələrdir:

               (Ya Peyğəmbərim!) Səndən: “O (bizi qorxutduğun əzab və ya

               qiyamət günü) doğrudurmu?” – deyə xəbər alacaqlar. Onlara
               belə cavab ver: “Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan
               canınızı qurtara bilməzsiniz!” (Yunus surəsiə\53)





                                                                   . 1 korinflilərə 15: 12-17. 1
                                  . 2 korinflilərə 5: 1-10 və Saloniklilərə 4: 13:16 və Yəhuda 20: 4-6. 2
   215   216   217   218   219   220   221   222   223   224   225