Page 221 - Islamic Studies 04
P. 221
220) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
(Ayələrimizi) inkar edənlər: “Qiyamət bizə gəlməyəcəkdir!” –
dedilər. (Ya
Peyğəmbər! Sən onlara) de: “Xeyr, qeybi bilən Rəbbimə and
olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə
zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud
böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-
məhfuzda) olmasın!” (Səba surəsi\3)
İzah: Qeyd olunduğu kimi, ayənin birinci hissəsində müxtəlif
ədatlarla (Bəla və Rəbbi, Lam və Nuni-təkid) “məad”ın və
qiyamətin vacibliyi bəyan olundu. Ayənin ikinci hissəsində isə
“qiyamətdə insanların bəzi əməllərinin gizli qalması və
Allahın hansı ruhun hansı bədənə aid olmasını bilməməsi
mümkündürmü? və....”- bu kimi şübhələrə cavab verilir və
qeyd olunur ki, heç bir şey Allaha gizli qalmayacaq. Hər şey
dəqiqliklə yerinə yetiriləcək.
“Məad”ın vacibliyini bəyan edən ayələrdən əlavə, başqa
ayələrin vasitəsi ilə “məad”ın vacibliyini iki əqli dəlil və
arqumentlə isbat etmək mümkündür.
Bu dəlillər Allahın iki sifətinə söykənir:
A) İlahi hikmət. B) İlahi ədalət.
3-1. Qiyamətin başvermə zamanı və əlamətləri
Öncə vurğulandığı kimi Qiyamətin başverməsi İsa Məsih (ə)-
ın zühuru və dünyanın sonu ilə birgə olacaq və Allahdan başqa
heçkəs onun başvermə zamanından xəbərdar deyil və onun