Page 219 - Islamic Studies 04
P. 219
218) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
edirik ki, Əhdi-Cədiddə Əhdi-ətiqdən daha çox ölülərin
qayıdışı haqqında söz danışılıb. Əhdi-Cədid müxtəlif ayələrlə
qiyamətin başvermə məsələsinə və ölülərin qayıdışına təkid
edir. Misal üçün İsa Məsih (ə)-ın dilindən Yəhuda incilində
oxuyruq:
“amin amin sizə deyirəm ki, bir saat gələr... ki, ölülər Allahın
oğlunun avaz (səsini) eşidəllər və eşidən hər kəs, dirilər...
bundan təəccüblənmyin... bütün qəbirlərdə olanlar, onun
avazını eşidib, eşiyə gələcəklər; yaxşı iş görənər həyat
qiyaməti üçün və pis iş görənlər, mühakimə qiyaməti üçün.”1
Bundan əlavə o həzrət qiyaməti inkar edənlərə, onun isabatı
üçün Əhdi-Ətiqdən onlara dəlil gətirir:
“... amma ölülərin qayıdışı haqqında, səmavi kitabda
oxumamısınız ki, Allah buyurur: mənəm İbrahimin, İshaqın
və Yəqubun Allahaı? Bəs Allah, ölülərin Allahı deyil; bəlkə
dirilərin Allahıdır.”2
Polos da Korinflilərə olan yazısında məadın inkarını,
məsihilrin imanının puçluğuna bəraər sayır:
“... bizim elan etdiyimiz müjdə, Məsihin ölümdən sonra
dirilməsdirsə, bəs sizlərdən bəziləri necə iddia edə bilərsiniz
ki, Qiyamət yoxdur? Ölülərin dirilməsi olmasa demək Məsih
də dirilməyib və əgər Məsih dirilməmiş olsa, həm bizim
müjdəmiz əbəsdirhəm də sizin imanınız. Allah Məsihi
. Yəhuda 5: 25-29 və 6: 39, 40, 44, 45 və 11: 24-25. 1
. Matta 22: 31-32 və 22: 23. 2