Page 222 - Islamic Studies 04
P. 222

İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (221


               başverməsi  birdən  olacaq.  Buna  baxmayaraq  Müqəddəs
               kitabda onun başvermə əlamətləri vurğulanıb.1 Matta incilində
               qiyamətin başvermə əlamətlərindən bunlar sadalanıb: günəşin

               qaralması,  ay  öz  işığını  itirməsi,  ulduzların  göydən  yerə
               tökülməsi və yeri saxlayan güclərin lərzəyə gəlməsi. Bundan
               sonra  Məsih  Tanrının  seçdiklərini  dünyanın  dörd  tərəfindən

               yığmaq üçün göyün buludlarına minən halda gələr.2

               Müqəddəs  islsm  dininin  təlimlərinə  əsasən  Qiyamətin  vaxtı
               heç  kimə  məlum  deyil.  Yəni,  qeybi  hadisələrdəndir  ki,  onun

               elmi  Allahın  yanındadır  .  Quranda  da  bu  məsələyə  çox
               toxunulmuşdur. Bu haqda Quranda buyurulur:


                (Ya  Rəsulum!)  Səndən  saat  (qiyamət  günü)  haqqında
               soruşarlar  ki,  nə  vaxt  qopacaq?  De:  “O  ancaq  Rəbbimə
               məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs
               bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin

               onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun
               haqqında  bir  şey  bilirsənmiş  kimi  onlar  (səndən)  israrla

               soruşarlar.  De:  “O  ancaq  Allah  dərgahında  məlumdur,  lakin
               insanların əksəriyyəti (bunu) bilməz!” (əl-Əraf surəsi\187)

               Ölümdən sonrakı həyat bizə həm aydın olmadığı, həm də onun

               xüsusiyyətləri  maddi  şeylərlə  dərk  olunmadığından,    axirəti
               yalnız  Quran  və  hədislərdə  gəlmiş  xüsusiyyətlərlə  tanımaq
               mümkündür. Bizim axirətin  dərkindəki vəziyyətimizin  misalı



                                                                          . Yəhuda 20: 13 - 15. 1
                                                            . Matta 24: 29 - 31 və Mark 13: 24 - 27. 2
   217   218   219   220   221   222   223   224   225   226   227