Page 223 - Islamic Studies 04
P. 223
222) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
bu dünyada ana bətnindəki körpəyə bənzəyir. Onun bu
dünyadan heç bir xəbəri və məlumatı yoxdur. Belə bir halda
biz bu dünyanı xüsusiyyət və qəribə hadisələrini həmin
körpəyə nə qədər izah etsək də, o dediklərimizin həqiqətini
dək edə bilməyəcək.
Qurani-Kərimin müxtəlif ayələrində qiyamət üçün qəribə
əlamətlər qeyd olunmuşdur:
Göz (heyrətdən) bərələcəyi; Ay tutulacağı; Günəşlə ay
birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi)
zaman (əl-Qiyamə surəsi\7-9) Sizə vəd edilən (qiyamət)
mütləq vaqe olacaqdır! Ulduzlar sönəcəyi; Göy yarılacağı;
Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı
zaman); (əl-Mursəlat surəsi\7-10)
Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə
(məhşərə) gələcəksiniz.
(O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə
yarıqlar) açılacaqdır.
Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma
dönəcəkdir. (ən-Nəbə surəsi\18-20) Günəş (əmmamə kimi)
sarınıb büküləcəyi (sönəcəyi) zaman; Ulduzlar (göydən qopub
yağış dənələri kimi yerə) səpələnəcəyi zaman; Dağlar yerindən
qopardılacağı (toz kimi havada uçacağı) zaman; (ət-Təkvir
surəsi\1-3) Göy parçalanacağı zaman;
Ulduzlar dağılıb səpələnəcəyi zaman; Dənizlər (qaynayıb bir-
birinə) qarışacağı zaman; (əl-İnfitar surəsi\1-3)