Page 224 - Islamic Studies 04
P. 224
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (223
(Yadda saxla! Qiyamət günü) elə bir gündür ki, Yer (yer
kürəsi) başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq
(Yer dəyişib başqa cür yer, göylər də başqa cür göylər olacaq;
onların mahiyyəti, şəkli o qədər dəyişəcək ki, tanınmaz hala
düşəcəklər)... (İbrahim surəsi\48)
Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət
gününü) yadınıza salın… (əl-Ənbiya surəsi\104)
… Qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq,
göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün də
hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın qüdrətinə
tabedir)… (əz-Zumər surəsi\67)
Qeyd olunan Quran ayələrindən belə nəticə alırıq ki, axirət
aləminin varlıqları bu dünyadan fərqli olacaq. Axirətdə böyük
dəyişikliklər və qəribə hadisələr olacaq. Amma axirətdəki
varlıqların həqiqətini ağlımızın naqisliyinə görə dərk edə
bilmirik.
3-2. Surun çalınması
Xristianların inancında surun çalınması qiyamətin başlama
əlamətlərindəndir. Sur bir tərəfi deşilmiş buynuzdur ki,
bayramlarda və döyüşlərdə ondan şeypur olaraq istifadə
edirdilər.