Page 291 - Islamic Studies 04
P. 291

290) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               Kərbəla  hadisəsindən  sonra  çox  insanlar  İmam  Hüseynin  (ə)
               müqəddəs  qəbrindən  torpaq  götürüb,  təsbeh  yaxud  möhür
               düzəltdilər.  İslam  alimləri  deyərlər  ki,  torpaq  götürmək
               istədikdə,  şəhid  qəbrinin  torpağından  götür.  Çünki  ondan
               şəhidin  iyi  gələr.  Mükafatında  yüz  bərabər  artar.  Kərbəla
               torpağına  səcdə  etmək,  yeddi  qat  göyü  yarmaq  deməkdir.
               Kərbəlanı  müqəddəs  məkana  çevirən,  Kərbəla  şəhərinin  özü

               deyil. Baxmayaraq ki tarixə əsasən orada iki yüz peyğəmbər
               və  nəvələri  şəhid  olub.  Oranı    müqəddəs  məkana  çevirən
               miladi 682 – ci ildə canlarından keçmiş 72 nəfər şəhidlərdir.
               Şəhidlər  özləridə  haradansa  qaynaqlanıblar.  Onların  qəlbində
               millətinin  və  dininin  qorunması  ruhiyyəsini  yaradan,  tarixdə
               faciəsi  ilə  seçilən  və  zülmləri  ilə  məşhur  olan,  Kərbəla
               hadisəsidir.  Şəhidlərimiz  bu  şəhidlərin  həyat  tərzlərindən,
               şücaətlərindən dərs alaraq onlarda canlarını tapşırıblar. Sanki
               biri – biri ilə yarışırmışlar. Kərbəla, sanki indiki şəhidlərimizin
               təqlid  etdiyi  bir  məkandır.  Kərbəla,  qəlbində  vətən  və  din
               sevgisi  olanların,  qeyrət  simvoludur.  Şəhidlər,  bu  yola  olan
               sevgini sanki analarından  süd yeməklə alıblar. Ruhsuz bədəni
               təsəvvür  etmək  çətindir.  Şəhidlərin  ruhu,  onların  şəhid  olma
               arzularıdır. Onlarıda şəhid olmadan təsəvvür etmək, mümkün
               deyil.



               Şəhidin gecəsi

               Müəllimlər,  həkimlər,  qadınlar  və  s...  günü  qeyd  olunur.
               Həmçinin  bayram.    İnsan  bayramdan  bir  gün  öncə  bayram
               axşamı  keçirir.  Yəni  bayrama  hazırlıq  və  bayram  adət  -

               ənənələrini  qoruyub  saxlamaq.  Bu  da  bir  növ  bayrama  olan
               hörmətdir. Sanki bu addım qanun halını alıb. Dünyada qanun
               halını  almış  məsələlərdən  biridə,  şəhidlər  gecəsidir.  Yəni  il
   286   287   288   289   290   291   292   293   294   295   296