Page 54 - Islamic Studies 04
P. 54

ƏLLAMƏ  MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”   ...(53


               kəlmələrinin  leksik  mənasını  belə  izah  edir:  “Yer  aşağı
               olduğuna  görə  ərz  adlanıb.  Çünki  ərz  sözü  aşağı,  alçaq
               mənalarındadır.  Səma  isə  yüksək  və  ucalıq  mənalarını  ifadə
                     1
               edir”.  Alim yerin və göylərin altı gündə yaradılması problemi
               haqqında İbn Abbasdan belə bir hədis nəql edir: “Ayədə olan
                                                         2
               altı  gündə  məqsəd  axirət  vaxtıdır”.   Lakin  müəllif  bu  fikri
               qəbul  etməyərək  burada  dünya  vaxtı  olduğu  qənaətindədir.
               Həmçinin  o,  Allahın  bütün  aləmləri  bir  göz  qırpımında
               yaratmağa  qadir  olduğunu,  lakin  mələklərə  ibrət  olsun  deyə
                                                       3
               onları tədricən yaratdığını söyləyir.

                     Əllamə  Məclisi  “Biharül-ənvar”  əsərində  astronomiya
               elminin mühüm məsələlərindən olan göy cisimlərinin tərkibi,

               göy  cismlərinin  hərəkəti,  ulduzların  uzaqlığı  və  bu
               tədqiqatlardan əldə edilə biləcək hər hansı bir bilgi haqqında
                                     4
               məlumat vermişdir.  O, günortanın yarı olması xəttini, qiblənin
               bilinməsi və başqa məsələləri araşdırmaq üçün astronomik və
               digər  həndəsi  cihazlardan  istifadə  etmişdir.  O,  bu  elmlər
               sahəsinə  aid  bəzi  problemləri  o  zaman  daha  məşhur  olan

               qədim  müsəlman  və  hind  alimlərinin  görüşləri  əsasında
               işıqlandırmışdı.      Əllamə      Məclisi      astronomiyaya        aid
               problemlərə toxunan zaman demişdir: “Biz tanınmış ölkələrin

               dəyişmə meylinin miqdarını qeyd etdik, necə ki, tədqiqatçılar




                                                                    Həmin mənbə, c. 54, səh. 4 1
                                                                    Həmin mənbə, c. 54, səh. 6 2
                                                                               Həmin mənbə 3
                                                                   Həmin mənbə, c. 74, səh. 76 4
   49   50   51   52   53   54   55   56   57   58   59