Page 55 - Islamic Studies 04
P. 55
54) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
astronomiya sahəsində yazılan əsərlərə müraciət edə bilərlər.
1
Ola bilsin ki, oxucu bi kitabda başqa şeylərə ehtiyac duysun”.
Müəllif adı çəkilən əsərində günəşin əyilməsi nəticəsində
namazın vaxtının müəyyən edilməsi haqqında da məlumat
vermişdir. O yazır: “Burada bölgəmiz İsfahan şəhərində olan
zavalın (günəşin əyilməsi) kölgəsinin miqdarını qeyd etdik.
Həmçinin bu şəhərə yaxın olan bölgələrin də. Onun ərazisi
0
32 -dir və yaxudda ona yaxındır”. Əllamə Məclisi din və
2
təbiətşünaslığın kainatın əmələ gəlməsi və mahiyyəti haqqında
olan məlumatları təkcə bir yerə toplamaqla kifayətlənməyib,
eyni zamanda bu məsələyə də öz münasibətini bildirmişdir. O,
Qurana (Bəqərə, 29) əsaslanaraq göylərin yeddi təbəqədən
3
ibarət olduğunu, bu haqda Bətlyəmusun (Ptolomeyin) “göylər
doqquz təbəqədir” dediyi fikrinin yanlış olduğunu
4
vurğulamışdır. Müəllif Əllamə Suyutinin “əd-Durrul-Mənsur”
əsərində rəvayət olunan “yerlə göyün və hər göyün bir-birləri
ilə olan ara məsafələri beş yüz min illik məsafə qədəridir”
5
hədisinə də münasibətini gizlətməmişdir. Həmçinin o, qədim
astronomların yerin bütün kainatın mərkəzi olduğunu və
hərəkətsiz vəziyyətdə qaldığını görüşünü də qəbul etməyərək
yer kürəsinin hərəkətdə olduğu fikrini təsdiqləmişdir. O,
6
əsərində Yerin günəş ətrafında orbita üzrə hərəkət etməsi,
onun günəş ətrafında tam bir il müddətində hərəkət etməsi,
Həmin mənbə 1
Həmin mənbə, c . 82, səh. 371 2
Həmin mənbə, c. 54, səh. 1 3
Həmin mənbə, c. 54, səh. 5 4
Həmin mənbə, c. 55, səh. 98 5
Həmin m ənbə, c. 54, səh. 8 6