Page 56 - Islamic Studies 04
P. 56

ƏLLAMƏ  MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”   ...(55


                                                                                 1
               günəş və ayın da hərəkətdə olması fikrini qeyd etmişdir.  O,
               Allahın yer kürəsini yaradaraq onun üzərində insanların yaxşı
               yaşamasını,  günəşin  yeri  qızdırması,  ayın  qaranlıq  gecələri

               işıqlı  etməsi  və  ulduzların  isə  vaxtı  təyin  etmək  üçün
               yaradıldığını  vurğulamışdı.   Həmçinin  o,  yerin  əzəli  deyil,
                                               2
               Allah tərəfindən sonradan yaradıldığı fikrini təsdiq edib bunu

               fəlsəfi dəlillərlə də əsaslandırmağa çalışmışdır.
                                                                    3
                     Müəllifin əsərdə münasibət bildirdiyi məsələlərdən biri də
               təbiətşünaslığın  ən  mühüm  problemlərindən  biri  olan  yer

               üzündə  insanın  yaradılması  problemidir.  Bu  haqda  o,  yazır:
               “Yer üzü bom-boş idi. Orada heç bir kimsə belə yox idi. Bu
               zaman  Allah  mələklərə:  «Mən  yer  üzündə  xəlifə

               yaradacağam»  dedi.  Bunun  üçün  O,  Cəbraili  (ə)  yer  üzünə
               göndərib  onun  müxtəlif  şirin  və  şoran  torpaqlarından
               götürməsini və insanın indiki şəklindəki kimi yoğurmasını əmr

               etdi. Cəbrail (ə) əmri yerinə yetirdikdən dərhal sonra Allah ona
               öz ruhundan üfürdü və beləliklə, ilk insan Adəm (ə) yarandı.
               Adəm  (ə)  yer  üzünün  torpağından  yaradıldığı  üçün  (ədimul-
                                           4
               ərz) belə adlandırılmışdı.

                      Əllamə Məclisi gecə və gündüzün yaranma səbəbləri və
               s.  haqqında  məlumatlar  vermişdir.  O,  gecə  və  gündüz

                                                                            5
               saatlarının  iyirmi  dörd  saat olduğunu qeyd  etmişdir. Hətta o,

                                                                  Həmin mənbə, c. 54, səh. 216 1
                                                                Həmin mənbə, c. 54, səh. 11 - 15 2
                                                                  Həmin mənbə, c. 54, səh. 225 3
                                                                   Həmin mənbə,   c. 54, səh. 94 4
                                                                    Həmin mənbə, c. 56, səh. 1 5
   51   52   53   54   55   56   57   58   59   60   61