Page 57 - Islamic Studies 04
P. 57
56) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
qədim ərəblərin gecə və gündüzün hər saatına xüsusi adların
1
verdiyini də əsərdə qeyd edib.
Beləliklə, Əllamə Məclisi “Biharül-ənvar” əsərində günəş
sistemini, onun hərəkət və inkişaf qanunauyğunluqlarını, yerin
və göylərin yaranması, gecə və gündüzün bir-birini əvəz
etməsi və nəhayət yer üzərində həyatın əmələ gəlməsi
problemlərini dinə və elmi nailiyyətlərə əsaslanaraq şərh
etməyə çalışmışdır. İndi onun dövründən 300 ildən artıq vaxt
keçmiş, göy cismlərini, yerdə həyatın əmələ gəlməsini və s.
problemləri öyrənmək üçün yeni və daha təkmil cihazlar ixtira
olunub, nəzəriyyələr irəli sürülmüşdür. Məsələn, Əllamə
Məclisinin ölümündən təxminən 160 il sonra göy cisimlərinin
tərkibini öyrənmək üçün 1858-ci ildə spektroskop adlı cihaz
kəşf edildi. Spektroskopun astronomiya elmində kəşf edilib
tətbiq edilməsi günəş, ulduzlar, planetlər və s. göy cisimlərinin
tərkibində hansı maddələrin olduğunu öyrənməyə imkan verdi.
Əllamə Məclisinin “Biharül-ənvar” əsərində
təbiətşünaslıq problemləri haqqında dediyi ayələr, hədislər və
fikirlər kainat və onun qurluşu haqqında olan elmi
məlumatlarla uyğun gəlir. O, ən azından bu dedikləri ilə sübut
etmişdir ki, maddi olan bu aləmlərin hamısı ilahi qüdrətlə
yaranıb və onunla da idarə olunur.
Əllamə Məclisinin “Biharül-ənvar” əsərində diqqəti
çəkən məqamlardan biri də İslam fəlsəfəsi məsələsidir. O, bu
əsərində bəzən fəlsəfi bəhslər açmış və materialistləri tənqid
Həmin mənbə, c. 56, səh. 7 1