Page 140 - Islamic Studies 05
P. 140
139) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
4)Dördüncü mətləb niyyətin mənəvi və əxlaqi
inikaslarıdır. Məhəbbətin və nifrətin yaxşı və pis düşüncələrin
insan mənəviyyatının və ruhiyyəsinin formalaşmasında təsiri
olmayıb onun xoşbəxt və ya bədbəxt olacağını qabaqcadan
xəbər verməsi.
İmam Sadiq(ə) məhəbbət və nifrətin imandan olmasını
xəbər alan şəxsə belə cavab verir:
“Məgər iman məhəbbət və nifrətdən başqa bir şey
deyilmi?”1
Məhəbbət və nifrət bir-birlərindən ayrılmazdırlar. Bunlar,
təqribən eyni təsirə malikdirlər. Niyyət məhəbbət və nifrətin
əlaməti, məhəbbət və nifrət imanın nişanəsi, iman isə inam və
əqidənin göstəricisidir. İnsanın inam və əqidəsi onun daxili
aləmi və spesfik xüsusiyyəti olduğundan, həqiqətdə, niyyətin
bu zəncirin bir halqası olduğunu söyləmək olar.
5)Üsul alimləri “təcərri” (günah etmək qəsdi) fəslində
buyurmuşlar: “Günah niyyəti əmələ çevrilməzsə, bağışlanar və
niyyət sahibi üçün heç bir günah yazılmaz. Bu fikrin
tərəfdarları öz müddəalarının isbatı üçün rəvayətlər qeyd
etmişlər.
• Quranda mövzumuz haqda
ayələrin izahı
Bəni-İsrail barədə ayələr:
“Qurani-Kərim”də bəni İsrail barədə buyurulur:
“(Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Firon
əhli sizə (babalarınıza) ən ağır işgəncələr verdikləri, oğlan
uşaqlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman
Biz sizi onların əlindən xilas etdik. Bunda (sizdən ötrü)
« Üsul Kafi » - s / c II 125/ hədis №5. 1