Page 141 - Islamic Studies 05
P. 141
Dində ixlas (140
Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.”(«Bəqərə»-
49).
“(Yadınıza salın ki) Biz sizdən ötrü dənizi yarıb sizə
nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq
etdik.”(«Bəqərə»-50).
“(Bir daha) xatirinizə gətirin ki, Biz Musaya (Tur
dağında vəhy üçün) qırx gecəlik vədə vermişdik. (O, Tur
dağına gedəndən) sonra siz buzovu özünüzə (tanrı) qəbul
etdiniz və (bu hərəkətlərinizlə-Allahdan başqasına ibadət
etməklə-) zalim oldunuz (özünüzə zülm etdiniz). («Bəqərə»-
51).
“ “Allah kasıbdır, biz isə dövlətliyik!”-deyənlərin
sözlərini Allah, əlbəttə, eşitdi. (Ya Mühəmməd!) Biz onların
dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini
(mələklər vasitəsilə əməl dəftərlərinə) yazacaq və (qiyamət
günü) onlara: “Atəşin əzabını dadın!”-deyəcəyik.”(«Ali-
İmran»-181).
“Allah (Tövratda) bizə odun yandıracağı bir qurbanı
gətirməyincə heç bir peyğəmbərə inanmayaq!”-deyənlərə
belə cavab ver!: “Məndən əvvəl də sizə peyğəmbərlər açıq-
aşkar möcüzələrlə və dediyinizlə gəlmişdilər. Əgər sözünüz
doğrudursa, bəs nə üçün onları öldürdünüz?”(«Ali-İmran»-
183).
Sual
Axı yuxarıdakı ayələrdə sadalanan hadisə, qarət, qətl,
bəlalar Rəsulullah(s)-ın dövründə yaşayan yəhudilərə deyil,
onların ata- babalarına aid olmuşdur.
Cavab:
Peyğəmbər(s)-in müasiri olan yəhudilər öz əcdadlarının
əməlləri ilə razılaşdıqlarına görə günahda da onlarla
şərikdirlər.