Page 143 - Islamic Studies 05
P. 143

Dində ixlas (142

                     “Ey  camaatım!  Allahın  bu  dişi  dəvəsi  sizin  üçün  bir
               möcüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik
               etməyin,  yoxsa  şiddətli  bir  əzaba  düçar  olarsınız!”(«Hud»-
               64).
                     Lakin əfsuslar olsun ki, Saleh peyğəmbər(s)-ın nəsihətləri
               onlara az da olsa, təsir göstərmədi, əksinə, həzrəti-Salehi gözü
               götürməyən bir neçə nəfər dəvəni məhv etmək qərarına gəldi,

               nəhayət,  öz  çirkin  niyyətlərinə  nail  olub  onu  öldürdü.
               “Qurani-Kərim”də bu barədə buyurur:
                     “Sonra  o  dəvəni  tutub  kəsdilər  və  (bununla  da)
               Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh!
               Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu
               (bizi təhdid etdiyin əzabı) gətir görək!”-dedilər.”(«Əraf»-77).
                     Onlar  dəvəni  öldürəndən  sonra  Saleh  peyğəmbər(ə)
               üzünü onlara tutub dedi:
                     “...”Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə
               bir vəddir ki, yalan çıxmaz.” («Hud»-75).
                     “Amma  onlar  (dəvəni)  tutub  kəsdilər,  sonra  da  (əzab
               qorxusu  ilə)  peşman  oldular.  Artıq  əzab  onları  yaxaladı
               (hamısı  məhv  oldu).  Halbuki  onların  əksəriyyəti  iman
               gətirmədi.” («Şuəra»-157,158).
                      “Qurani-Kərim”də  bu  əzab  barədə  bir  yerdə  belə
               buyurulur:
                     “Buna  görə  də  onları  dəhşətli  bir  sarsıntı  (yerdən
               zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, öz evlərində diz
               üstə  düşüb  qaldılar  (bir  göz  qırpımında  həlak  oldular.”
               («Əraf»-78).
                     Allah başqa bir yerdə isə buyurur:
                     “O zülm edənləri qorxunc bir səs bürüdü və evlərində
               diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular)”
               («Hud» - 67).
   138   139   140   141   142   143   144   145   146   147   148