Page 142 - Islamic Studies 05
P. 142

141) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                     İmam Sadiq(ə) bu barədə buyurur:
                     ““Biz  Allah  ilə  əhd  bağlamışıq  ki,  heç  bir  peyğəmbərə
               iman  gətirməyəcəyik”  deyən  yəhudilərlə  peyğəmbərləri
               öldürən yəhudilər arasındakı məsafə beş yüz il zaman məsafəsi
               olmuşdur.  Allah  Təala  isə  gələcəkdəkiləri  keçmişdəkilərin
               günahına  görə  cəzalandırır,  çünki  onlar  öz  ulu  babalarının
               əməlləri ilə razı idilər.”1



                 •                       Səmud qövmü və Salehin dəvəsi
                                         barədə ayələr

                     Yuxarıda  qeyd  etdiyimiz  mətləblə  əlaqədar  olaraq
               müqəddəs  Kitabımızda  nəql  olunan  əhvalatlardan  biri  də
               Səmud qövmü və  Saleh  peyğəmbərin  əhvalatıdır.  Allah-təala
               “Qurani-Kərim”də buyurur:
                     “Səmud  qövmünə  də  qardaşları  Salehi  (peyğəmbər
               göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin
               ondan başqa heç bir Tanrınız yoxdur...”(«Hud»-61).
                     Lakin  Salehin  müxalifləri  onun  dəvətini  qəbul  etməyib
               dedilər:
                     “...İndi  atalarımızın  ibadət  etdiyinə  (bütlərə,  tanrılara)
               ibadət  etməyi  bizə  qadağanmı  edirsən?  Doğrusu,  biz  sənin
               bizləri  dəvət  etdiyin  (tövhid)  üçün  şəkk-şübhə  içindəyik.”
               («Hud»-62).
                     Həzrəti Saleh(ə) qövmünün ona qarşı çıxdığını gördükdə
               istədi  ki,  onları  möcüzə  yolu  ilə  Allah  yoluna  dəvət  edib
               bununla da öz həqiqi çağırışını onlara isbat etsin. Buna görə də
               Peyğəmbər belə dedi:



                                                     «      Təfsiri   Safi »  İslamiyyə   çapı  - s / c   I :   318;  1
                                                                  «Təfsiri bürhan» I c/s-328;
                                                                «Təfsiri Əlmizan» IV c/s-89;
                                                                   «Vəsailüş-şiə» XI c/s-412.
   137   138   139   140   141   142   143   144   145   146   147