Page 148 - Islamic Studies 05
P. 148
147) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
«Nəcm» surəsinin 32-ci ayəsinin təfsiri ilə bağlı hədislərdə də
qeyd olunmuşdur.
Bu hədislərdə nəql olunur ki, «ləməm» (xəta) sözü günahı
fikirləşmək, yaxud bəzi hallarda insan əxlaqından irəli
gəlməyən təsadüfi günah mənasında işlədilmişdir.1
Təfsirə görə, belə günahlar (icraçının Allah qarşısında
inadkarlığını və dikbaşlığını göstərmədiyindən) Allahın geniş
rəhmət və məğfirətinə şamil olur. Belə bir əməl bağışlanarsa,
təbii ki, bu keyfiyyətdə olan niyyət də bağışlanacaqdır, çünki
onların hər ikisi dikbaşlıq və üsyankarlıqdan uzaqdır.
Sabit niyyət (dəyişilməz niyyət) adətən təşəbbüs və
əməllə nəticələnir. Əgər nə vaxtsa sabit niyyət əməl
formasında gerçəkləşməyibsə, bu, icraçı insanın vicdanının
yox, kənar faktorların təsirindəndir. Belə olduqda niyyət Allah
qarşısında dikbaşlıq və üsyankarlıq sayıldığından günah hesab
edilib cəzaya layiq görüləcəkdir. Niyyət barədə danışdığımız
bu bölüm əsasən “Möminin niyyəti əməlindən daha yaxşı,
kafirin niyyəti isə əməlindən daha pisdir” hədisi kimi diqqəti
cəlb edir. Lakin buradakı niyyət sözündən də məqsəd elə sabit
(dəyişilməz) niyyətdir, yəni bu niyyət möminin imanından,
kafirin isə küfründən əmələ gəlir. Bir sözlə, möminin (əxlaqı
və imanı ilə bağlı) niyyəti əməlindən daha yaxşı, kafirin (küfr
ilə bağlı) niyyəti isə əməlindən daha pisdir, çünki belə niyyət
mömində nuranilik, sədaqət və iman, kafirdə isə inadkarlıq,
küfr və üsyankarlıq əlamətidir.
Bu açıqlamalarla “Bir kimsə hər hansı bir qövmün əməli
ilə razılaşarsa,...” və “hər hansı bir qövmün əməlindən razı
qalan...” hədislərində məhəbbət və nifrət məsələsi tamamilə
1 «Təfsiri Əlmizan» XIX c/s-45;
«Üsul Kafi» II c/s-442; Ləməm fəsli/hədis №3,5. Bu fəsildə imam Sadiq(ə)-dən bir neçə
hədis nəql olunmuşdur. Onların hamısında «ləməm» (xəta) sözü günahı fikirləşmə və ya
təsadüfi günahlar kimi təfsir olunmuşdur.