Page 215 - Islamic Studies 05
P. 215

Din, Qərbin fəlsəfi atmosferində (214

               imperiyasının       süquta     uğraması      və     feodal     ictimai
               münasibətlərinin  formalaşdığı  dövrə  təsadüf  edir.  Xristianlıq
               dinində       varlıq      ideyası      kreasionizm        düşüncəsilə
               uyğunlaşdırılaraq  təbiət  anlayışı  yox,  Allah  anlayışı  ortalığa
               qoyulur  və  bütünlüklə,  orta  əsr  fəlsəfəsi  bu  konsepsiyadan
               çıxış  edirdi.Əksər  tədqiqatçıların  kitabında  qeyd  olunduğu
               kimi,  fəlsəfə  “dinin  kənizinə”,  başqa  sözlə  “dinin

               xidmətçisinə”çevrilmişdi.  O  dövrdə  fəlsəfənin  izah  etdiyi
               bütün  məsələlər  xristianlıq  düşüncəsinə  uyğun  gəlməli  və
               kilsənin  icazəsi  olmalı  idi.  Antik  dövrdə  izah  olunan  təbiət
               qanunauyğunluqları,ümumiyyətlə  varlıq  və  bunun  ətrafındakı
               söhbətlər kreasionizm qanunları ilə izah edilirdi.
               Xristian  fəlsəfəsinin  ilkin  mərhələsi  patristika  dövrü
               adlandırılır ki, bu da “ xristianlıq dini təliminin fəlsəfi təlimə
               keçdiyi  dövr”  hesab  edilir.  Patristika  latın  sözü  olub  “  ata”
               mənası  kimi  tərcümə  olunur.Kilsə  ataları  tərəfindən  yazılmış
               ədəbiyyatın  ümumi  adı  mənasını  verir.  Patristika  dövrünün
               birinci  mərhələsində  xristian  ehkamının  əsası  qoyulmuş  və
               güclü kilsə yaradılmışdır. İkinci mərhələdə isə xristian ehkamı
               və  fəlsəfəsi  yaradılmışdır.  Patristika  dövrünün  nümayəndəsi
               Avreli Avqustin (354- 430) xristian alimi və mütəfəkkiridir. O,
               Şimali Afrikanın Taqasta şəhərində dünyaya gəlib. Avqustinin
               dünyagörüşü teosentrizm (yunanca “ teos”- Allah, “sentrizm”-
               mərkəz  deməkdir)  üzərində  qurulmuşdu.  Buna  görə  də  onun
               bütün  fikirləri  Allah  haqqında  nəzəriyyəyə  əsaslanmışdı.  O
               deyirdi ki, Allahın mövcudluğunun səbəbi özündədir. Dünyada
               Allahdan  başqa  mövcud  olanların  hamısı  Allahın  iradəsi
               yaranmışdır.  Allah  bütün  mövcudatın  səbəbidir.  O,  nəinki
               dünyanı  yaratmışdır,  həm  də  onu  saxlayır  və  yaratmaqda
                            1
               davam edir.


               1 Eyni mənbə, səh 548
   210   211   212   213   214   215   216   217   218   219   220