Page 213 - Islamic Studies 05
P. 213

Din, Qərbin fəlsəfi atmosferində (212

               din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri
                                         1
               Romalı yepiskoplardır.
               İndiyə kimi 265  pap katolik xristianlarına rəhbərlik etmişdir.


                     Rahiblik
               Rahiblik-  Xristianlıqda  tərkidünyalıq,  həyatı  Tanrıya  ibadət

               etməyə həsr edərək abidlik həyatı sürmək deməkdir.
               Nəql olunanlara görə Xristian rahibliyinin vətəni Misir  hesab
               olunur.  Rahibliyin  yaradıcısı Böyük  Antonius (251-356)
               olmuşdur.  Onun  həyatı  haqqında  İsgəndəriyyəli  Afanasios
                                      .
               məlumat  vermişdir   Antonius  Misirdə,  xristian  ailəsində
               anadan  olmuşdu.  İyirmi  yaşında  olarkən,  onun  valideynləri
               vəfat  etmişdirlər.  Bu  itkidən  kədərlənən  Antonius  kilsədə
               olarkən, bir keşişin “hər şeyi buraxıb İsanın ardınca getmək”
               çağırışını  eşitmişdi.  Bu  çağırışa  səs  verən  Antonius  öz
               əmlakını kasıblara paylayıb, rahib həyatına qədəm qoymuşdur.
               Əvvəlcə o, bir rahibin tələbəsi olmuşdu, sonra isə onu buraxıb,
               səhrada həyatını davam etmişdi. Orada o təklikdə, düşüncələrə
               qapılaraq,  26  il  ərzində,  yalnız  dostları  tərəfindən  gətirilən
               quru çörəklə qidalanaraq, ibadətlə məşğul olmuşdur.
               306-cı  ildən  başlayaraq,  Antonius,  öz  ətrafına  tələbələri
               yığmağa  başlamışdır.  Tədricən  o,  məşhur  bir  insan  kimi
               tanınmışdır.  Antoniusun  xeyir-duasını  almaq  üçün  Misirin
               çeşidli məntəqələrindən onun yanına adamlar gəlirdilər. Daha
               sonra Antoniusun məşhurluğu daha da artmışdır və imperator
               Konstantin  ona  ehtiramla  dolu  məktub  yazmışdı.  Antonius
               356-cı ildə 105 yaşında vəfat etmişdi.
               Antoniusdan  sonra  Misir  səhralarına  çoxlu  rahiblər
               gəlmişdirlər.  Onlar  orada  “monasterion”  (monastır)  adlanan
               koloniyalar yaratmışdılar. Bu koloniyaların öz adətləri, qayda-

               1 Vikipedia
   208   209   210   211   212   213   214   215   216   217   218