Page 214 - Islamic Studies 05
P. 214

213) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               qanunları  var  idi.  Monasterionlar  ən  məşhur  rahibləri
               tərəfindən  idarə  olunurdular.  Antoniusun  dövründə  daha  bir
               tanınmış rahib yaşamışdı. Onun adı Ammonius idi. O da Misir
               səhrasında öz koloniyasını yaratmışdır. Burada onlar gündəlik
               əmək və ibadətlərlə məşğul olmuşdurlar.
               Dəyərli  alim  Hüseyn  Tofiqi  yazır:  “  Həvarilərin  zamanından
               indiyədək bəzi xristianlar həzrət İsa Məsihin (ə.) ardıcılı olaraq

               rahiblik  və  tərki-  dünyalıq  prinsipi  əsasında  yaşamağı  üstün
               tutmuşdur.Həzrət  İsa  (ə.) heç  bir  zaman  evlənməmiş  və bəzi
               şəxslərin  “  Səmavi  Padşahlıq”  üçün  subay  qalacağını
                              1
               söyləmişdir.”
               Onu  da  deyək  ki,Xristianlıqda  qəbul  edilən  rahiblik  islam
               nöqteyi-  nəzərindən  nəinki  bəyənilməyən,  hətta  qəbul
               olunmayan bir məsələdir. İslam Peyğəmbəri Hz. Mühəmmədin
               (s.)  “  İslamda  rahiblik  yoxdur”  ifadəsi  sanki,  cəmiyyətə  bir
               mesajdır.  İslam  bir  ictimai  din  olaraq  gətirdiyi  ehkam  və
               qanunları ilə  cəmiyyətdən təcrid  olunmadan  ibadət  və  itaətin
               əsaslarını  öz  ardıcıllarına  öyrədir.Düzdür,  gecə  münacatları,
               Uca  Yaradanla  razu-niyaz  etmək,nəfsin  hesaba  çəkilməsi,
               etikaf  kimi  əməllər  təklikdə  aparılsa  da,  ümumilikdə  islam
               teologiyası  islam  cameəsinin  əsas  və  prinsiplərini  təqdim
               etməklə ictimai bir varlıq olan insanı yetişdirməklə məşğuldur.
               Qeyd  edilən  əməllər  isə  yorğun  cəmiyyətdən  qısa  bir  ara  ilə
               uzaqlaşıb  ruhunu  sakitləşdirməklə  “kamil  insan  olmaq”
               hədəfinə hesablanıb.

                       Qərb dünyagörüşündə dini- fəlsəfi məfkurənin
                                           formalaşması

               Orta  əsr  fəlsəfəsi  monoteizm  prinsipinə  əsaslanan  xristianlıq
               dini  dünyagörüşü  üzərində  qurulmuşdur.  Bu  dövr  Roma

               1 Hüseyn Tofiqi, “ Böyük dinlərlə tanışlıq”, səh 221
   209   210   211   212   213   214   215   216   217   218   219