Page 216 - Islamic Studies 05
P. 216

215) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               Xristian fəlsəfəsinin ikinci mərhələsi sxolastikadır. VIII əsrdə
               meydana  gəlmiş  XIV-  XV  əsrlərə  qədər  davam  etmişdir.
               Sxolastka yunan dilində “məktəb” deməkdir. Bu dövr xristian
               fəlsəfəsinin  inkişaf  dövrü  hesab  olunur.  Daha  doğrusu,
               fəlsəfənin  xristianlıq  təlimləri  əsasında  mütəşəkkil  işlənib
               hazırlanması bu dövrə təsadüf edir. Yuxarıda qeyd etdiyimiz
               kimi,  fəlsəfə  bütün  hallarda  xristianlıq  dini  təlimləri

               kürsüsündən  çıxış  edirdi.  O  dövrün  Eriugena,  Anselm,
               Rosselin, Abelyar kimi nümayəndələri tanınmışdır.
               Sxolastikanın  ən  görkəmli  nümayəndəsi  Akvinalı  Fomadır.
               Onun yaradıcılığı tərəqqi dövrünə təsadüf edir. Foma Cənubi
               İtaliyada dünyaya gəlmiş, təhsil almağa çox diqqət yönəltmiş
               və  bir  sıra  traktatların  müəllifi  olmuşdur.  Foma  katolik
               ehkamını  tamamilə  işləyib  hazırlamaqla  xristianlığa  xidmət
               edən  “İlahiyyatın  məcmusu”  kitabını  yazmışdır.  Fomanın
               fikrincə,  fəlsəfə  etiqada,  ilahiyyata  xidmət  etməlidir.  O,
               Aristotel  fəlsəfəsini  öyrənməklə  onun  ilahiyyata      xidmət
               edəcək  məqamlarından  istifadə  etdi.  Foma  Allahın  varlığı,
               insan  ruhu,  gerçəkliyin  dərki  haqqında  bir  sıra  fikirlər
               yürütmüşdür.  Onun  maraq  doğuran  etik  baxışları  da
               mövcuddur. Lakin bir cəhət də var ki, Foma sosial bərabərliyin
               əleyhinə  çıxır,  sosial  fərqləri  əbədi  sayırdı.  O,  yazırdı  ki,
               itaətdə  olanlar  ağalara  tabeçilik  göstərməlidirlər.  İtaət  etmək
               məzlumların,  o  cümlədən  bütün  xristianların  başlıca
                                        1
               xüsusiyyəti olmalıdır.
               Bu, Foma fəlsəfəsinin nöqsanlı mahiyyətini əks etdirir.
               İlahiyyata  xidmət  edən  fəlsəfə  bu  “nökərçiliyə”,  “tabeçiliyə”
               əbədi  dözə  bilmədi.  XIV  əsrdən  etibarən  renessans  dalğası
               bütün  Avropanı         bürüyərək  XV-  XVI  əsrlərdə  intibahın
               yüksək  mərhələsinə  qədəm  qoyur.  İntibah  dövründə
               mədəniyyətin bütün sahələri daxil olmaqla  elm  və  fəlsəfə də

               1 Eyni mənbə, səh 566
   211   212   213   214   215   216   217   218   219   220   221