Page 218 - Islamic Studies 05
P. 218

217) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               edərkən  “  qaranlıq  dövr”  adlandıraraq  sərbəst  fikrin  kölgədə
               qalmasını kilsə ehkamında    görürdülər.
               Xristianlığın  islam  dini  ilə  müqayisəsində  fərqli  bir  mənzərə
               görürük.  İslam  dini  monoteizm  dini  olmaqla  zühur  etdiyi
               gündən  bu  günə  qədər  öz  xəttindən  dönmədi.  İslam
               peyğəmbərindən sonra bu dinin daxilində müxtəlif məzhəblər,
               firqələr  yaransa  da,  islamın  əqidəvi  kökündə  heç  bir  yad  bir

               ünsür  görünmədi.  Kreasionizm  nəzəriyyəsi  özünü  qorumaqla
               teoloji xətt bu günkü islama qədər davam edir. Digər tərəfdən,
               islam  ehkamı  nəinki  elmin  inkişafına  mane  oldu,  hətta  buna
               təhrik etdi. İslam peyğəmbərinin (s.) “beşikdən qəbrədək elm
               öyrənin” tövsiyəsini müsəlmanlar şüar tutaraq islami elmlərlə
               yanaşı, təbiət elmləri ilə də məşğul olmuş, elmə öz töhfələrini
               vermişlər.  Fəlsəfə  də  inkişaf  etdirilərək  xəlifə  Məmunun
               dövründə yeni bir inkişaf yolu tapmış, antik yunan fəlsəfəsinin
               müsəlman  alimlərinə  təqdim  olunması  ilə  düşüncələrdə  yeni
               fikirlər,  ideyalar  formalaşmış  və  islam  ideologiyası
               saxlanılmaqla  Aristotel  fəlsəfəsinin  sintezi  müsəlman
               alimlərinin  fəlsəfədə  yaratdığı  yeni  mənzərə  idi.  Müsəlman
               fəlsəfəsinin  inkişaf  qanunauyğunluqları  və  sonrakı  geriliyi
               böyük  bir  mövzu  olduğundan  və  bu  məqaləyə  uyğun
               gəlmədiyindən  yalnız  bu  nəticə  ilə  kifayətlənirik.  Bir
               ilahiyyatçı     kimi,    qələmə      aldığımız     bu    fəsildə    öz
               mövqeyimizdən  çıxış  etsək  də  düşünürük  ki,  bunlar  bir
               həqiqətdir.

                                            Ədəbiyyat

                   1.             Qurani Kərim. Tərcümə. Bakı – 2005
                   2.             İncil.  Bibliya  Tərcümə  İnstitutu.  Stokholm.
                      1993
   213   214   215   216   217   218   219   220   221   222   223