Page 220 - Islamic Studies 05
P. 220
Bədgümanlıq və onun növləri
1
Nəsimi Piriyev
Abstrakt
Hüsnü-zənn, ya xoşgümanlıq İslamın insanlara tövsiyə etdiyi
ən önəmli əxlaqlardan biridir. İnsanlar barəsində yaxşı və
müsbət düşünmək əsas vəzifəmiz olmalıdır. Sui-zənn, başqa
ibarə desək bədgümanlıq isə, bəyənilmir, hətta bəzən günah
sayılır. Ümumiyyətlə, bədgümanlıq insanı qeybətə sürükləyən
başlıca səbəblərdən biridir. Sui-zənn qəlbin qeybətidir və
başqaları haqqında pis düşüncələrin qəlbdə özünə yer
tapmasıdır. Sui-zənn qəlbi və ağılı xəstə, məzacı pozulmuş
insanların mübtəla olduğu bir mərəzdir. Sağlam insan daim
başqaları haqqında gözəl düşünər. Bədgümanlıq üçün ciddi
səbəb lazımdır. Adi bəhanələr ilə kiməsə qarşı pis düşünə
bilmərik.
Açar sözlər
Bədgümanlıq, bədbinlik, xoşbinlik, müsbət, mənfi
1 - İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu,
Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran